FACT-INFO.AZ » SİYASƏT » ATƏT-in Minsk Qrupunun fəaliyyətinin iflası və Azərbaycanın diplomatik qələbəsi
16-05-2026, 18:00 | SİYASƏT
ATƏT-in Minsk Qrupunun fəaliyyətinin iflası və Azərbaycanın diplomatik qələbəsi

Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən sakinlərlə görüşündə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı fikirlərini bölüşdü. Dövlət başçısı çıxışı zamanı keçmiş münaqişənin mahiyyəti, Ermənistan tərəfindən törədilmiş vandalizm aktları, eləcə də beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçı siyasətinə münasibətdə sərgilədiyi qeyri-adekvat mövqe ilə bağlı bir sıra mühüm məqamlara toxunmuşdur”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, ölkə Prezidenti, eyni zamanda, həmin dövrdə fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupu barədə mövqeyini ifadə etmişdir. ATƏT-in Minsk qrupu 1992-ci ildə keçmiş Qarabağ münaqişəsinin həllinin nizamlanması məqsədilə yaradılsa da, əslində ermənipərəst mövqe nümayiş etdirib. Qrupun həmsədrləri olan Rusiya, Fransa və ABŞ o vaxtkı status kvonu qoruyub saxlamağa və Azərbaycanı işğal faktı ilə barışdırmağa çalışırdı. Bütün bunlara görə, Azərbaycan dövləti və xalqı Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən heç vaxt razı qalmayıb. Quruma həmsədrlik etmiş ölkələr dünyanın ən böyük dövlətləri sırasında yer alır. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, 30 ilə yaxın müddətdə Ermənistan qoşunlarının ölkəmizdən çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etmədilər. Həmsədr dövlətlərin Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı, amma bunu etmədilər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, bir-birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görmədilər. Əksinə, Azərbaycan cəmiyyəti çox zaman həmsədrlərin bəyanatlarının erməni tərəfinin maraqlarına uyğun olmasından narahatlığını ifadə edib. Buna görə də Azərbaycan dövləti öz gücünə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Prezident İlham Əliyev tərəfindən Minsk qrupunun səmərəsiz fəaliyyəti dəfələrlə səsləndirilib, onların məsələlərlə birtərəfli yanaşması ikili standartlar kimi ifşa edilərək tənqid olunub. Biz xatırlayırıq ki, 44 günlük müharibədən sonra həmsədrlər Azərbaycana səfərə gələrkən dövlətimizin başçısı artıq onlara heç bir ehtiyacın qalmadığını göstərdi. Bu, həmsədrlərin ölkəmizə son səfəri oldu. Cənab Prezident Zəngilanda çıxışı zamanı da Minsk qrupu haqqında bu fikirləri söylədi: “İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər”.


Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun ləğv edilməsi sülh sazişinin imzalanması üçün Azərbaycanın iki şərtindən biri idi. Prezident İlham Əliyev bununla bağlı pinsipial mövqeyini dəfələrlə bəyan etmişdi. Rəsmi İrəvan ilk vaxtlarda bu şərti yerinə yetirmək istəməsə də, sonda reallıqları qəbul etməli oldu. Çünki qalib və haqlı tərəf məhz Azərbaycandır. Azərbaycan Prezidenti və Ermənistan baş naziri ABŞ Prezidentinin iştirakı ilə ötən il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü zamanı Minsk qrupunun ləğvi barədə razılığa gəldilər. Bu razılıq çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanladılar. Sentyabrın 1-də isə ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Buna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilib. Bununla da, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən təsisatın münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib. Rəsmi Bakının mövqeyi belədir ki, bu qərarın qəbulu vaxtilə işğal edilmiş ərazilərimizin azad olunması və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisidir. Eyni zamanda, bu, 8 avqust tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.


Pərvin Kərimzadə qeyd edib ki, ATƏT-in Minsk qrupunun ləğv olunması Azərbaycan dövlətinin çox mühüm diplomatik qələbəsi oldu. Beləliklə, keçmiş münaqişənin bir göstəricisi olan Minsk qrupunun tarixin arxivinə göndərilməsi dövlətimizin gücünün və ədalətli mövqeyinin beynəlxalq müstəvidə qəbulunun ifadəsi idi. Artıq regionda tərəflərin birbaşa dialoqu vasitəsilə dayanıqlı sülhə doğru praktiki addımlar atılır.




Baxış sayı: 70
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30