Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin təşkilatçılığı ilə “Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği ” adlı layihənin icrasına başlanılıb.
Layihənin məqsədi erməni vandalizmi nəticəsində dağıdılmış və ya məhv edilmiş, Azərbaycan xalqına məxsus qədim maddi-mədəni sərvətlərin, milli-mənəvi dəyərlərin araşdırılması,maddi-mədəni irsimizin təbliği və gələcək nəsillərə ötürülməsidir. Qloballaşma və modern həyat tərzinin təsiri ilə, erməni vandalları tərəfindən dağıdılmış və ya tam məhv edilmiş, zamanla unudulmağa məhkum olunan mədəni irsimizin qorunması, yaşadılması bu təşəbbüsün əsas prioritetlərindəndir.
Tədbirlər 2026-cı il ərzində Bakı, Qəbələ və Şamaxı şəhərlərində keçiriləcək. Hər bir regionda təşkil olunacaq tədbirlərdə iştirakçılar Azərbaycan xalqına məxsus maddi-mədəni sərvətləri, mədəniyyəti ilə bağlı zəngin bilgilərlə tanış olacaqlar. Eyni zamanda, reğionlarda yaşayan xalqımızın nümayəndələrinin mövzu ilə bağlı fikirləri və təklifləri təşkilatımız üçün yeni layihələrin yaranmasında stimullaşdırıcı rol oynayacaq.
Layihənin təşəbbüskarları hesab edirlər ki, bu kimi tədbirlər mədəni yaddaşın qorunması, gənclər arasında milli kimliyin möhkəmləndirilməsi, maddi-mədəni irsimizin qorunması və təbliği istiqamətində, ictimai həmrəyliyin gücləndirilməsi baxımından mühüm rol oynayacaqdır.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
