FACT-INFO.AZ » CƏMİYYƏT » WUF13-ə həsr olunmuş “Urban Future - Gələcəyin şəhərləri” kitabı təqdim edilib
15-05-2026, 18:00 | CƏMİYYƏT
WUF13-ə həsr olunmuş “Urban Future - Gələcəyin şəhərləri” kitabı təqdim edilib

Bakı Dövlət Universitetinin (BDU) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə təşkil etdiyi “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlının baş redaktoru olduğu “Urban Future - Gələcəyin şəhərləri” kitabının təqdimatı keçirilib.

Fact-info.az xəbər verir ki, “Urban Future - Gələcəyin şəhərləri” kitabı “İRS” Nəşriyyat Evi tərəfindən Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) münasibətilə hazırlanıb. Kitab “İRS” Nəşriyyat Evi tərəfindən uzun illərdir həyata keçirilən beynəlxalq nəşr layihələrinin və məşhur “İRS” silsiləsinin davamı kimi ərsəyə gəlib. Bu silsiləyə daxil olan kitablar Azərbaycanın tarixi, mədəniyyəti, memarlığı, Qarabağ irsi və sivilizasiya yaddaşını dünya auditoriyasına təqdim edən mühüm nəşrlər kimi tanınır.

Kitabda Azərbaycanın urbanizasiya tarixi, qədim şəhərlər Oğlanqala, Qəbələ, Şamaxı, Naxçıvan, Təbriz, Bakının yaşayış məskənləri kimi formalaşması, ticarət yollarının, mədəniyyətlərin, dillərin və ideyaların qovuşduğu məkanlara çevrilməsi ilə yanaşı, Bakının XIX əsrdə dünyanın neft paytaxtına çevrilməsi, bunun urbanistik transformasiyaya təsiri, müasir şəhərlərə dair çağırışlar geniş şəkildə təqdim olunur. Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan şəhərlərinin Şərqlə Qərb arasında körpü rolunu oynadığı, urbanizasiya ilə mədəniyyətin vəhdətini yaratdığı diqqətə çatdırılır.

Bu nəşrin mühüm xüsusiyyətlərindən biri də onun zəngin və orijinal vizual materiallarla müşayiət olunmasıdır. Kitabda istifadə olunan nadir illüstrasiyalar, arxiv materialları, xəritələr, rekonstruksiya təsvirləri və fotoşəkillər urbanistika tarixini yalnız mətn vasitəsilə deyil, vizual yaddaş vasitəsilə də təqdim etməyə imkan yaradır. Bu baxımdan kitab beynəlxalq oxucu auditoriyası üçün həm elmi, həm də estetik mənbə kimi nəzərdə tutulub.

Kitabda qeyd olunur ki, Azərbaycan son onilliklərdə şəhərsalma, infrastruktur, yaşıl inkişaf, rəqəmsal idarəetmə və mədəni irsin qorunması sahəsində mühüm təcrübə formalaşdırıb. Müasir Bakı dünyanın enerji paytaxtı olmaqla yanaşı, beynəlxalq forumların, mədəniyyətlərarası dialoqun, innovasiya və urbanistik transformasiyanın mühüm mərkəzlərindən biridir.

Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yeni şəhərsalma modeli formalaşdırır. Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və digər şəhərlər “ağıllı şəhər”, yaşıl enerji, dayanıqlı infrastruktur və mədəni irsin bərpası prinsipləri əsasında yenidən qurulur.

“Urban Future - Gələcəyin şəhərləri” kitabı WUF13 iştirakçıları üçün yalnız Azərbaycanın urbanizasiya tarixini tanıdan nəşr olmayacaq. O, həm də şəhərlərin gələcəyi haqqında yeni düşüncələrə və beynəlxalq əməkdaşlığa töhfə verəcək. Kitab həm də ali məktəblərdə və tədqiqat mərkəzlərində urbanistika, memarlıq, mədəni irs və şəhər tarixi üzrə tədris vəsaiti kimi də istifadə oluna bilər.




Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30