FACT-INFO.AZ » QHT » Bakıda keçiriləcək WUF13-də “Təcrübə Mərkəzi” fəaliyyət göstərəcək
15-05-2026, 10:00 | QHT
Bakıda keçiriləcək WUF13-də “Təcrübə Mərkəzi” fəaliyyət göstərəcək

17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası mənzil təminatı və şəhərsalma sahəsində praktiki və həll yönümlü müzakirələrin təşviqi üçün nəzərdə tutulmuş yeni məkanı – Təcrübə Mərkəzi adlı platformanı təqdim edəcək.

Fact-info.az  xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, əsas diqqəti icra və tətbiq məsələlərinə yönəldən bu platforma özünü doğrultmuş yanaşma prinsiplərini, əldə edilmiş təcrübələri və qarşılıqlı öyrənmə imkanlarını bir araya gətirəcək.

WUF13 tədbirinin “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” adlı mövzusu çərçivəsində Təcrübə Mərkəzi praktiki mənzil həlləri sayəsində reallaşdırılan müsbət dəyişiklikləri nümayiş etdirəcək. Platforma müxtəlif regionlarda uğurlu olmuş təcrübələri ön plana çıxarmaqla yanaşı, qərar qəbul edən şəxsləri, eləcə də öz biliklərini təcrübədə tətbiq edən mütəxəssisləri birbaşa icra prosesi ilə əlaqələndirərək biliklərin real fəaliyyətə çevrilməsinə töhfə verəcək.

Platforma qlobal miqyasda həyata keçirilən genişmiqyaslı prosesə əsaslanır, belə ki, vaxtilə bu proses çərçivəsində mənzil təminatı üzrə praktiki təcrübə nümunələrinin qəbulu elan edilmiş və müxtəlif dünya ölkələrindən 200-dən çox müraciət daxil olmuşdur. Ekspert qrupları bu müraciətlər arasından 171 təcrübə nümunəsi seçmişdir. Bu təcrübə nümunələri müxtəlif idarəetmə səviyyələrini və fərqli amilləri ehtiva edən müxtəlif həll variantlarını, o cümlədən BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və onun tərəfdaşları tərəfindən həyata keçirilən təşəbbüsləri əks etdirir. Ümumilikdə, 84 ölkəni əhatə edən bu təcrübə nümunələri milli və yerli hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor, fondlar və akademik dairələrin töhfələrini özündə birləşdirir. İştirakçılar interaktiv rəqəmsal monitor vasitəsi ilə bu təşəbbüslərlə tanış ola və ehtiyaclara uyğun həll variantlarını axtara bilərlər.

Proqram və şəbəkələşmə

Təcrübə Mərkəzində 11 interaktiv sessiya keçiriləcək və hər sessiya oxşar problemlər üzərində çalışan müxtəlif ölkə təşkilatlarını bir araya gətirəcəkdir. 90 dəqiqəlik dialoq formatında təşkil olunacaq bu sessiyalar eyni məsələyə fərqli yanaşmaları nümayiş etdirməklə yanaşı, uğurlu təcrübələrin və müxtəlif şəraitdə adaptasiya oluna və ya genişləndirilə bilən həll variantlarının müzakirəsi üçün şərait yaradacaq.

Sessiyaları tamamlayan xüsusi şəbəkələşmə məkanı öz biliklərini təcrübədə tətbiq edən mütəxəssislər, siyasət formalaşdıran rəsmilər və tərəfdaşlar ilə birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün şərait yaradacaq. Birlikdə bu elementlər iştirakçı auditoriyasının özünü doğrultmuş yanaşmaları kəşf etməsi və bu yanaşmaların arxasında duran şəxslərlə ünsiyyət qurması, eləcə də real icra təcrübəsindən faydalanması üçün vahid platforma formalaşdırır.

WUF13 tədbirinin mirası

Təcrübə Mərkəzi yalnız WUF13 çərçivəsində fəaliyyət göstərəcək proqramla məhdudlaşmır və mənzil təminatı sahəsində qlobal bilik bazasına uzunmüddətli töhfə kimi nəzərdə tutulub. Bütün təcrübələr rəqəmsal platforma vasitəsilə əlçatan olacaq və davamlı öyrənmə, eləcə də təcrübə mübadiləsini dəstəkləmək məqsədilə ətraflı məlumatlar və konkret faktlar üzrə araşdırmalar təqdim ediləcəkdir.

Platforma müntəzəm surətdə yenilənəcək və zaman keçdikcə, onun məlumat bazası daha da genişlənəcəkdir. Qarşıda duran əsas məqsəd isə əldə olunan təcrübələri paylaşmaq və uğurlu yanaşmaların digər yerlərdə də tətbiqini təşviq etməklə, Yeni Şəhərsalma Proqramının davamlı icrasına dəstək olmaq və mənzil təminatı üzrə səmərəli həll variantlarının qlobal müstəvidə tətbiqini sürətləndirməkdir.

Təcrübə Mərkəzinin tam proqramı ilə burada tanış ola bilərsiniz.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30