Xəzər dənizindən keçən və İpək Yolunun müasir analoqu olan Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir.
Fact-info.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə birgə mətbuat konfransında bəyan edib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Qazaxıstan və digər tərəfdaşlarla birlikdə yükdaşımaların genişləndirilməsi üçün marşrutun inkişafını stimullaşdırmağa davam edəcək.
O, həmçinin Aralıq dənizindən Mərkəzi Asiyaya qədər məkanda ölkələr arasında əlaqələri "dildə, düşüncədə və əməldə birlik şüarı altında" yeni səviyyəyə çıxarmaq niyyətini bəyan edib.
Türkiyə lideri tərəflərin iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək niyyətində olduqlarını qeyd edib.
Baxış sayı: 175
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
