FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” monoqrafiyası nəşr olunub
14-05-2026, 20:00 | TƏDQİQATLAR-ANALITIKA
“Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” monoqrafiyası nəşr olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” monoqrafiyası nəşr olunub.

 Professor bu əsərində Birinci Ümumittifaq Türkoloji Qurultayın tarixinin vacib səhifələrini Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik şərəfli tarixinin ayrılmaz tərkib hissəsi kimi təqdim edir, Pedaqoji İnstitut əməkdaşlarının həmin mürəkkəb və taleyüklü tarixi prosesdəki xidmətlərini zəngin arxiv materialları və elmi faktlar əsasında ön plana çəkir. Müəllif XX əsrin 20-ci illərində Pedaqoji İnstitutu Azərbaycanda milli elmin və təhsilin əsas intellektual mərkəzlərindən biri kimi təqdim etməyə nail olur ki, bu da əsərin elmi-nəzəri və konseptual dəyərini əhəmiyyətli dərəcədə artırır. Kitabda Birinci Ümumittifaq Türkoloji Qurultayda baş verənlər ideologiya – elm – siyasət üçbucağında təhlil edilir, ADPU-nun bu tarixi prosesdə institusional rolu əsaslandırılır, repressiyaya məruz qalmış türkoloqların taleyi sənədləşdirilir, qurultayın əlifba, dil, terminologiya və milli kimlik məsələlərindəki tarixi missiyası elmi-nəzəri müstəvidə şərh edilir.

Monoqrafiyanın “Birinci Ümumittifaq Türkoloji Qurultay: tarix, ideologiya və mədəniyyət” adlı birinci fəslində qurultayın ideoloji, elmi və mədəni mahiyyəti sistemli şəkildə araşdırılır və XX əsrin ilk rübündə Türk dünyasının taleyini müəyyənləşdirən mürəkkəb ictimai-siyasi proseslərin mərkəzində dayanan tarixi hadisə kimi təqdim olunur. Qurultayın çağırılma səbəbləri, dövrün ictimai-siyasi mühiti, sovet hakimiyyətinin türkologiyaya münasibəti, partiya nəzarət mexanizmləri və ideoloji təzyiq formaları zəngin sənəd və faktoloji materiallar əsasında təhlil edilir. Kitabda Pedaqoji İnstitut təmsilçilərinin qurultaydakı məruzələrinin ideya istiqaməti, elmi-nəzəri əsasları və metodoloji mövqeyi sistemli şəkildə təhlil olunur. Dünyamiqyaslı türkoloq alimlərin – V.V.Bartoldun tarixi-komparativ yanaşması, A.N.Samoyloviçin türk dillərinin təsnifinə dair konsepsiyası, N.F.Aşmarinin leksikoloji və etnoqrafik araşdırmaları – geniş elmi kontekstdə təqdim edilir. Bununla yanaşı, B.Çobanzadənin dil quruculuğu və terminologiya məsələlərinə dair baxışları, H.Zeynallının əlifba islahatı və ədəbi dil problemlərinə münasibəti, X.Səidin yeni əlifba və dil siyasəti istiqamətində irəli sürdüyü ideyalar – milli elmi fikrin formalaşması prosesində mühüm mərhələ kimi dəyərləndirilir.

Kitabın ikinci fəsil “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Birinci Ümumittifaq Türkoloji Qurultayda iştirak edən direktorları” adlanır. Bu fəsildə qurultay iştirakçısı olmuş Pedaqoji İnstitut direktorlarının bioqrafiyası, elmi fəaliyyəti və məruzələri kompleks şəkildə təqdim olunur. Cəlil Məhəmmədzadə, Şərif Manatov, Pənah Qasımov, Hüseyn Musayev kimi şəxsiyyətlər ali pedaqoji təhsil sisteminin təşəkkülündə mühüm rol oynamış, elmi təşəbbüsləri idarəçilik fəaliyyəti ilə üzvi şəkildə əlaqələndirən rəhbərlər kimi səciyyələndirilir. Onların kadr hazırlığı prosesinə verdikləri töhfələr, eləcə də ideoloji məsələlərin elmi əsaslarla istiqamətləndirilməsindəki mövqeləri faktlar əsasında təhlil edilir. 

“Azərbaycan Dövlət Pedaqoji Universitetin Birinci Türkoloji Qurultayda iştirak edən müəllimləri” adlı üçüncü fəsildə dünya miqyaslı türkoloqların (V.V.Bartold, A.N.Samoyloviç, N.F.Aşmarin və b.) və milli elmi simaların (B.Çobanzadə, Ə.Ubaydullin, H.Zeynallı, X.Səid və b.) terminologiya, dil siyasəti və əlifba məsələləri ilə bağlı çıxışları elmi təhlil müstəvisində təqdim edilir.

Monoqrafiyanın ideya müəllifi ADPU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov, elmi redaktoru ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Mahirə Hüseynova, elmi məsləhətçi Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ön sözün müəllifi AMEA Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.

Kitabda xeyli arxiv sənədləri və şəkillər ilk dəfədir ki, çap olunur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov

 




Baxış sayı: 310
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30