Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti keçirilib.
Fact-info.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən konsertdə ifaçılar xalq mahnıları və muğamlardan ibarət zəngin proqram təqdim ediblər.
Konsertdə Əməkdar artist İsmayıl Həmidov, tanınmış tarzən və pedaqoq Murtuza Əsədullayev, kamança ifaçısı Vidadi Paşayev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri Fariz Hüseynov, Aida Rəfiyeva, respublika və beynəlxalq müsabiqələr laureatı Hüseyn Quliyev, tarzən Çingiz Ağazadə, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Aysun Sultanova və Cəlal Şahbəddinovun ifaları dinlənilib.
Qeyd edək ki, ifaçılıq ənənələrinin yaşadılması və ötürülməsinə yönələn, alət ifaçılığının inkişafına töhfə olaraq ərsəyə gələn layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gəlir.
Baxış sayı: 225
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
