FACT-INFO.AZ » QHT » UNICEF: İqtisadi bərabərsizlik varlı ölkələrdə uşaqların sağlamlığına və təhsilinə mənfi təsir göstərir
14-05-2026, 08:30 | QHT
UNICEF: İqtisadi bərabərsizlik varlı ölkələrdə uşaqların sağlamlığına və təhsilinə mənfi təsir göstərir

Varlı ölkələrdə iqtisadi bərabərsizlik uşaqların sağlamlığına və akademik göstəricilərinə mənfi təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə UNICEF-in yeni araşdırmasında deyilir. Nəticələr 44 yüksək gəlirli ölkədəki vəziyyətin təhlilinə əsaslanır.

Orta hesabla, bu ölkələrdə ən varlı ev təsərrüfatlarının 20 faizinin gəliri ən aztəminatlı ev təsərrüfatlarının 20 faizinin gəlirindən beş dəfədən çox yüksəkdir. Buna baxmayaraq, təxminən hər beş uşaqdan biri yoxsulluq içində yaşayır.

“İqtisadi bərabərsizlik uşaqların necə oxumalarına, nə ilə qadalandığına və həyatlarını necə qəbul etdiklərinə birbaşa təsir göstərir. Bərabərsizliyin ən ağır nəticələrini məhdudlaşdırmaq üçün təcili olaraq ən həssas icmalarda uşaqların sağlamlığına, qidalanmasına və təhsilinə investisiyaları artırmaq lazımdır”, - deyə UNICEF-in “İnnocenti” Araşdırma Mərkəzinin direktoru Bo Viktor Nyulund bildirib.

Hesabata görə, iqtisadi bərabərsizliyin yüksək səviyyəsi ilə uşaqların sağlamlığı arasında birbaşa əlaqə müşahidə olunur. Belə ki, bərabərsizliyin ən yüksək səviyyəsi olan ölkələrdə böyüyən uşaqlar bərabərsizliyin daha aşağı səviyyəsi olan ölkələrdəki həmyaşıdlarına nisbətən 1,7 dəfə çox artıq çəkidən əziyyət çəkirlər. Bu, daha az keyfiyyətli qidalanma ilə bağlı ola bilər.

Hesabatda iqtisadi bərabərsizliklə təhsil səviyyəsi arasındakı əlaqəyə də diqqət çəkilir. Bildirilir ki, varlı və kasıb uşaqlar arasındakı fərqin daha böyük olduğu ölkələrdə uşaqların test nəticələri, adətən, daha aşağı olur. Bundan əlavə, vurğulanır ki, sosial bərabərsizliyin yüksək olduğu ölkələrdə uşaqların əsas oxu və riyaziyyat bacarıqlarını mənimsəmədən məktəbi bitirmə ehtimalı 65 faizə çatır. Bərabərsizliyin daha aşağı olduğu ölkələrdə isə bu göstərici cəmi 40 faiz təşkil edir.

Bu cür fərqlər ölkələrin daxilində də müşahidə olunur. Belə ki, ən varlı ailələrdən olan 15 yaşlı uşaqların orta hesabla 83 faizi əsas oxu və riyaziyyat bacarıqlarına malikdir. Ən aşağı gəlirli ailələrdən olan həmyaşıdları arasında isə bu göstərici cəmi 42 faiz təşkil edir.

Hesabatda hökumətlər bərabərsizliyin uşaqların rifahına təsirini azaltmaq üçün tədbirləri gücləndirməyə çağırılır. Bunun üçün, ilk növbədə, uşaq yoxsulluğunun azaldılmasının vacibliyi vurğulanır. Tədqiqat müəllifləri qeyd edirlər ki, heç bir uşağın yoxsulluq şəraitində böyüməməsi üçün sosial dəstək sistemləri gücləndirilməlidir. Bu tədbirlərə ailə və uşaq müavinətlərinin, eləcə də minimum əmək haqqının artırılması daxildir.

Bundan başqa, hesabatda əlverişsiz ərazilərdə yaşayan əhalinin dəstəklənməsinin vacibliyi vurğulanır. Xüsusilə infrastrukturun inkişafı, subsidiyalı mənzillərə çıxışın genişləndirilməsi, eləcə də yaşıl zonalar və istirahət məkanları kimi ictimai sahələrə investisiya qoyuluşu əsas prioritetlər kimi qeyd olunur.

Təhsil sahəsinə ayrıca diqqət yetirilir. Müəlliflər məktəblərdə sosial-iqtisadi bərabərsizliyin azaldılmasına, təhsil müəssisələrinin ailə gəlirlərindən asılı olmayaraq lazımi resurslarla təmin olunmasına və uşaqların sağlam, faydalı məktəb yeməkləri ilə təmin edilməsinə çağırırlar.

UNICEF, həmçinin bərabərsizliyin uşaqların və onların ailələrinin həyatına təsirini daha yaxşı anlamaq və onların rifahını artıran tədbirlər hazırlamaq üçün uşaqların öz fikirlərinin nəzərə alınmasını vacib hesab edir.




Baxış sayı: 75
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30