Çin Xalq Respublikasının Sədri Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi və əlamətdar il olacağına ümid edir.
Bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin mayın 14-də Pekində ABŞ Prezidenti Donald Tramp ilə görüşündə deyib. Si Cinpin qeyd edib ki, Çin və ABŞ zamanın suallarına birgə cavab verməlidirlər.
“Çinin və ABŞ-nin ortaq maraqları fikir ayrılıqlarından daha çoxdur”, - deyən Çin lideri əlavə edib ki, tərəflərin birinin uğuru digəri üçün fürsətdir, sabit ikitərəfli münasibətlər isə dünya üçün yaxşıdır.
Çinin və ABŞ-nin rəqib deyil, tərəfdaş olmalı olduğunu qeyd edən Si Cinpin deyib ki, iki ölkə bir-birinə uğur qazanmaqda və inkişafda kömək etməli, eləcə də yeni dövrdə bir-biri ilə yaxşı yola getməsi üçün düzgün istiqamət tapmalıdır.
Prezident Donald Tramp isə Sədr Si Cininlə geniş tərkibdə müzakirəni səbirsizliklə gözlədiyini bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çində dövlət səfərindədir.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
