Səbinə Zülalovanın “Marytale. İnklüziv möcüzələr” nağılının ekranlaşdırılması İtaliyada keçirilən “Rome Prisma Film Awards” beynəlxalq festivalında təqdim olunub və sertifikat əldə edib.
Qısametrajlı filmin çəkilişlərində Daun sindromu olan üç uşaq iştirak edib.
“Rome Prisma Film Awards” beynəlxalq film festivalı 2018-ci ildə Romada təsis edilmiş Avropa müstəqil film festivalıdır. İtaliya paytaxtının tarixi kinoteatrlarının platformalarında keçirilən festival 150-dən çox ölkədən rejissorları, ssenaristləri və prodüserləri bir araya gətirir. Təşkilatçılar humanizm, mədəni dialoq və kinonun emosional gücü ideyalarına xüsusi diqqət yetirirlər.
Layihənin müəllifi S.Zülalova Azərbaycan kinosunun beynəlxalq səhnələrdə təmsil olunmasının vacibliyini qeyd edib: “Bu, kinematoqrafiyamızın təbliği və müstəqil ekspertlər tərəfindən Azərbaycan yaradıcı insanlarının qiymətləndirilməsidir. Azərbaycanı beynəlxalq platformada təmsil etmək mənim üçün böyük fərəh idi”.
Baxış sayı: 65
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
