Qazaxıstan, Azərbaycan və Özbəkistanın enerji qurumlarının nümayəndələri Daşkənddə üç ölkə arasında yaşıl enerjinin istehsalı və ötürülməsinin inkişafına yönələn “Green Corridor Alliance” layihəsinin reallaşdırılmasının cari vəziyyətini müzakirə ediblər.
Fact-info.az Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, üçtərəfli görüş “UEW 2026” Beynəlxalq Enerji Forumu çərçivəsində keçirilib. Forumda Qazaxıstanı energetika nazirinin müavini Bakıtjan İlyas təmsil edib.
Onun sözlərinə görə, üç ölkənin dövlət başçıları tərəfindən Bakıda keçirilən COP29 konfransının kənarında imzalanan saziş davamlı enerji dəhlizinin formalaşdırılması və ekoloji təmiz elektrik enerjisi ticarətinin genişləndirilməsi üçün əsas yaradır. Layihə bərpaolunan enerji mənbələrinin potensialının səmərəli istifadəsini, sistemlərarası enerji əlaqələrinin inkişafını, eləcə də yaşıl elektrik enerjisinin Avropaya və digər regionlara ixracı üçün şəraitin yaradılmasını nəzərdə tutur.
Mövcud enerji infrastrukturunun genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqazın enerji sistemlərinin inteqrasiyası üçün zəruri olan yeni elektrik ötürücü xətlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.
Görüş iştirakçıları layihənin irəliyə aparılmasında və transregional yaşıl enerji dəhlizinin inkişafına dair birgə fəaliyyətlərin koordinasiyasının davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Baxış sayı: 110
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
