FACT-INFO.AZ » AKTUAL » “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçirildi- FOTOLAR
12-05-2026, 18:30 | AKTUAL
“Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçirildi- FOTOLAR

Mayın 12-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Türk dillərinin tibbi terminoloji lüğətləri” adlı ikicildlik nəşrin təqdimatı keçirilib.

Fact-info.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında tibbi terminologiyanın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu sahə ən qədim terminologiya sahələrindən biridir. Əsasən latın və yunan dillərinə söykənsə də, zamanla beynəlxalq elmi mühitdə formalaşaraq tibb elminin və praktik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. O, vurğulayıb ki, bu terminlər olmadan nə tibbi təcrübəni, nə də elmi nailiyyətləri təsəvvür etmək mümkündür.

Akademik qeyd edib ki, ayrı-ayrı terminlərin mahiyyətini anlamaq üçün bəzən uzunmüddətli araşdırmalar tələb olunur. Terminologiya sahəsində fərqli və bəzən ziddiyyətli yanaşmaların mövcudluğu isə bu sahənin mürəkkəbliyini göstərir. Bu səbəbdən terminlərin düzgün, dəqiq və vahid şəkildə işlədilməsi xüsusi əhəmiyyət daşıyır.

Ə. Əmiraslanov lüğətin hazırlanmasını çətin və məsuliyyətli proses kimi dəyərləndirərək nəşri mühüm elmi hadisə adlandırıb və bu işdə əməyi olanlara təşəkkürünü bildirib.

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev qeyd edib ki, ortaq terminoloji məkanın formalaşdırılması türk ölkələrinin intellektual inteqrasiyası üçün əsas istiqamətlərdən biridir. O bildirib ki, Akademiya bu istiqamətdə müxtəlif sahələr üzrə terminoloji lüğətlərin hazırlanmasını ardıcıl şəkildə həyata keçirir və təqdim olunan nəşr də bu fəaliyyətin davamıdır.

Tədbirdə həmçinin layihənin koordinatoru Aynur Myemerova, millət vəkilləri Günay Əfəndiyeva, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın səfiri Maksat Mamıtkanov, Özbəkistanın səfiri Bahrom Aşrafxanov, professor Çingiz Rəhimov, Terminologiya Komitəsinin sədr müavini professor Sayalı Sadıqova və AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxış etmişlər.


Çıxışlarda qeyd olunmuşdur ki, bu nəşr türk dünyasında tibbi terminologiyanın sistemləşdirilməsi baxımından tarixi və mühüm elmi hadisədir. Bildirilmişdir ki, lüğət müxtəlif türk dillərində yazılmış tibbi mətnlərin daha asan anlaşılmasına, eləcə də süni intellekt əsaslı tərcümə sistemlərinin inkişafına töhfə verəcəkdir.


Kitabda terminlər 11 dildə  ingilis və rus dilləri ilə yanaşı, 9 türk dilində- Azərbaycan, Başkırt, Qazax, Qaraqalpaq, Qırğız, Özbək, Tatar, Türk və Türkmən dillərində təqdim olunmuşdur. Terminlərin əsas bazası azərbaycanlı alimlər Nuru Bayramov, Əhliman Əmiraslanov və Çingiz Rəhimov tərəfindən hazırlanmış, daha sonra digər türk dövlətlərindən olan mütəxəssislər tərəfindən genişləndirilmişdir.


Tədbirdə vurğulanmışdır ki, bu layihə türk dillərində ortaq terminoloji bazanın formalaşdırılması və gələcək elmi əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.



Kitabla tanış olmaq üçün:


Kitabı aşağıdakı link və QR-kod ilə görmək olar.


https://turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages


https://turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages-2siltvol







Baxış sayı: 495
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30