Qobustan Gənclər Evində YAP Qobustan rayon təşkilatının,Qobustan Rayon Təhsil Sektorunun və Qobustan Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş rayonun gənc müəllimləri arasında “Ümummilli liderin işığında” adlı intellektual yarış keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Himni səsləndirilmiş, sonra Ulu öndər H. Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə YAP Qobustan Rayon təşkilatının sədri Qasım Qasımov, Rayon Təhsil Sektorunun müdiri Anar Osmanov, Dağlıq Şirvan Regional Gənclər İdman İdarəsinin işçisi Cavid Qurbanov və Qobustan Gənclər Evi SXM-nin direktoru Əlibaba Məlikli mövzu üzrə çıxış edərək, iştirakçılara uğurlar arzulamışlar.
Yarışda 24 komanda olmaqla, 84 müəllim iştirak etdi. Ərəbşalbaş kənd S. Zahidov adına tam orta ümumtəhsil məktəbinin komandası sualları dürüst cavablandırdıqları üçün I yerə, Ərəbqədim kənd M. Sahibov adına tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Sündü kənd H. Qarayev adına ümumi orta məktəbinin komandası isə III yerə çıxdılar. Eyni zamanda Ərəbşalbaş kənd S. Zahidov adına tam orta ümumtəhsil məktəbinin komandası Qobustan Gənclər Evi SXM-nin tərəfindən kuboka da sahib oldular.
Məhəmməd Bayramov
Baxış sayı: 250
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

