BŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası məsələsini getdikcə daha ciddi şəkildə nəzərdən keçirir.
Fact-info.az xəbər verir ki, bu barədə CNN Amerika liderinin adının açıqlanmasını istəməyən köməkçilərinə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Hörmüz boğazının bağlı qalması, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlər etməməsi Ağ Ev rəhbərliyində narazılığı artırır. Tramp isə bunu İran hakimiyyəti daxilində mövcud olduğu iddia edilən fikir ayrılıqları ilə əlaqələndirir.
CNN qeyd edir ki, Ağ Evdə Tehranla bağlı növbəti addımlara dair fərqli mövqelər mövcuddur. ABŞ administrasiyasının bəzi rəsmiləri İranın mövqeyini zəiflətmək məqsədilə hərbi zərbələri də əhatə edən daha sərt yanaşmanı dəstəkləyirlər. Digərləri isə diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayırlar.
Bundan əlavə, Trampın yaxın çevrəsindəki bəzi şəxslər ABŞ-İran danışıqlarında vasitəçi rolunu oynayan Pakistanın Vaşinqtonun mövqeyini Tehrana daha dəqiq çatdırmasını istəyirlər. Ağ Ev hesab edir ki, Pakistan vasitəçiləri bəzən İranın mövqeyini ABŞ tərəfinə olduğundan daha müsbət şəkildə təqdim edirlər.
Telekanalın məlumatına görə, Amerika liderinin bu həftə Çinə səfərindən əvvəl İranla bağlı yekun qərar qəbul etməsi ehtimalı azdır.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
