FACT-INFO.AZ » İQTİSADİYYAT » "İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır"
10-05-2026, 12:30 | İQTİSADİYYAT
"İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır"

"2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır",

Fact-info.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və "Böyük Qayıdış" prosesi çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə (kənd və qəsəbə ilə birlikdə) şəhərsalma əsaslandırması təsdiq olunub:

"Üç müasir hava limanı inşa olunmuş, yüz kilometrlərlə ölçülən avtomobil və dəmir yolları salınmış, yüzlərlə körpü, onlarla tunel, viaduk inşa edilmişdir. Elektrik enerjisi, su təchizatı, habelə sosial və humanitar sahələrdə genişmiqyaslı layihələr reallaşdırılır".

S.Nuriyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, yeni memarlıq konsepsiyalarının tətbiqi müəyyən olunmuş strateji xəttin müasir mərhələsini əks etdirir:

"Həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, planlı urbanizasiya, dayanıqlı infrastrukturun qurulması və ekoloji yanaşmaların tətbiqi münaqişədən sonra şəhərsalmada Azərbaycan modelinin formalaşdığını deməyə əsas verir. Yeni model beynəlxalq praktikada münaqişədən sonra ərazilərin bərpasında əsas problemlərdən biri olan plansız inkişaf riskinin qarşısını alaraq, inteqrasiya olunmuş və uzunmüddətli planlaşdırma yanaşmasını ön plana çıxarır. Həqiqətən də hazırda dünyanın bir çox ölkələri plansız şəhərsalma və yaşayış sahələrinin çatışmazlığı problemləri ilə üzləşdiyi halda, Azərbaycan hətta vaxtilə dağıdılmış ərazilərdə belə planlı, funksional və yaşamaq üçün əlverişli mühit formalaşdırmaq bacarığını nümayiş etdirir. Bu, artıq təkcə milli uğur deyil, beynəlxalq miqyasda müqayisə oluna bilən əyani təcrübə kimi qiymətləndirilə bilər.




Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30