FACT-INFO.AZ » QHT » Ulu Öndərin işığında böyüyən nəsil
8-05-2026, 20:30 | QHT
Ulu Öndərin işığında böyüyən nəsil

Azərbaycan xalqının yaddaşında əbədi iz qoymuş Heydər Əliyev, taleyin qaranlıq dönəmlərində millətə yol göstərən, onu parçalanmaq təhlükəsindən xilas edib müstəqilliyin zirvəsinə yüksəldən böyük şəxsiyyət kimi tarixdə yaşayır. Onun adı sadəcə bir liderin adı deyil – milli qürurun, azadlığın və dövlətçilik iradəsinin simvoludur.

Onun 103-cü ildönümündə Süleyman Sani Axundov adına 172 nömrəli tam orta məktəbin 1E sinifində keçirilən tədbir bu həqiqəti bir daha təsdiqlədi. Müəllimə Hüseynova Aygün balaca fidanların saf dünyasına Ulu Öndərin həyat yolunu, mübarizəsini və xalqına bəxş etdiyi azadlığı sevgi ilə çatdırdı. Şagirdlər – o cümlədən mənim oğlum Mirəli – diqqətlə dinləyərək bir dəqiqəlik sükutla Ulu Öndərin ruhunu yad etdilər. Bu an sadəcə bir sinif otağında deyil, bir millətin yaddaşında baş verdi. Çünki Heydər Əliyevi xatırlamaq, onun ideyalarını yaşatmaq hər bir Azərbaycanlının borcudur.

Məktəbin rəhbəri Vəfa Bağırova və təlim-tərbiyə işləri üzrə direktor müavini Elfira Nurullayeva, valideynlərin təşəkkürünə layiqdirlər. Onlar Mirəli və digər şagirdləri öz övladları kimi böyüdərək, vətənə sevgi ilə dolu bir nəsil yetişdirirlər. Bu, sadəcə təhsil deyil – milli ruhun, vətən sevgisinin, insanlıq dəyərlərinin uşaqlara aşılanmasıdır.

Öz adımdan və bütün valideynlərin adından məktəbin rəhbərliyinə və Aygün xanıma dərin təşəkkürümüzü bildiririk ki, belə maarifləndirici tədbirlər keçirərək uşaqlarımızın qəlbinə milli yaddaşı, vətən sevgisini və Ulu Öndərin ideyalarını köçürürlər. Bu tədbirlər balaca fidanların gələcəkdə köklü, güclü və vətənpərvər bir nəsil kimi yetişməsinə zəmin yaradır.

Heydər Əliyevin işığı bu gün də yolumuzu aydınladır. Onun ideyaları balaca Mirəlinin qəlbində, bütün şagirdlərin saf baxışlarında yaşayır. Bu baxışlarda sabahın güclü, müstəqil və xoşbəxt Azərbaycanı görünür.

Beləcə, bu tədbir bir daha sübut etdi ki, Heydər Əliyevin ruhu və ideyaları yalnız tarixdə deyil, gələcək nəsillərin qəlbində əbədi yaşayır.

Mövsümağa Ədalətoğlu,
AJB-nin üzvü
yazıçı-publisist




Baxış sayı: 205
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30