FACT-INFO.AZ » AKTUAL » Stalinə məktubu onu xilas edə bildimi?
8-05-2026, 10:30 | AKTUAL
Stalinə məktubu onu xilas edə bildimi?
Azərbaycanın repressiya tarixini araşdıran zaman daha bir fədakar ziyalının həbsxana hekayəti diqqətimi cəlb etdi. Acınacaqlı haldır ki, həyatını, ömrünü millətin işıqlı əməllərinə, təhsilinə həsr edən bir aydını qazamata salasan.
Həmin insan haqqında bəzi məqamlara qısaca nəzər salmaq istərdim. Musayev Hüseyn Məmməd oğlu rejimin repressiyası ilə üzləşən işıqlı insanlardan biridir. O, 1889-cu ildə anadan olub. Pedaqoji məktəbi bitirdikdən sonra, müxtəlif təhsil ocaqlarında müəllim, maarif şöbəsinin müdiri, Xalq Maarif Komissarı, Nax¬çıvanda Xalq Komissarlar Sovetinin sədri vəzifələrində işləmişdir. 1933-cü ildə Gənccədə fəaliyyət göstərən 4 kənd təsərrüfatı təmayüllü ali məktəbin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibində birləşdiril¬məsinin təşəbbüskarı olmuşdur. Musayev Hüseyn Azərbaycan Dövlət Aqrar Universitetinə 1932—1934-cü illərdə rəhbərlik etmişdir. 1937-ci ilin əvvəlində Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin olunmuş, həmin ilin sonlarında repressiyaya məruz qalıb. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bəraət alıb.
Diqqətimi cəlb edən bu ziyalı və günahsız insanın Stalinə məktubu rejimin mahiyyətini bir daha ortalığa çıxarır.
Ümumxalq və partiya lideri böyük yoldaş Stalinə Azərbaycan SSR XDİK həbsxanasında həbsdə olan Musayev Hüseyn Məmməd oğlu tərəfindən
Məktub
Böyük lider və bütün məzlumların ümidi! Sizə öz ərizəsi ilə xalq düşməni elan olunmuş və əksinqilabi fəaliyyətdə təqsirli bilinən, Azərbaycan SSR-də Əksinqilabi Təşkilatın mövcudluğu barədə nəşrlərdən öyrənən və bu təşkilatda heç vaxt üzv olmayan, 28 illik pedaqoji təcrübəsi olan, keçmiş xalq müəllimi və keçmiş partiyaçı müraciət edir.
Haqqında danışacağım dözülməz repressiyanın təsiri ilə mən günahı boynuma almalı və özümə böhtan atmalı oldum. Mənə qarşı repressiya 1937-ci il 15 noyabrdan 16-na keçən gecə mənim həbsim ilə başladı. Məni dərhal daxili həbsxananın zirzəmisində yerləşən, təbii işıqlandırması və havası olmayan 44 saylı kameraya yerləşdirdilər, sonra 15 noyabrda zirzəminin digər kamerasına keçirtdilər. Orada mən 23 dekabr 1938-ci ilə qədər, yəni düz 13 ay 8 gün qaldım. Bu müddət ərzində mən görmə və eşitmə qabiliyyətimi itirdim, revmatizm və əsəb sisteminin pozulması və digər həbsxana xəstəliklərini və orqanizmin tam tükənməsini qazandım.
İkinci repressiya bunda idi ki, 40 gün ərzində, 15 noyabrdan – 25 dekabr 1937-ci ilə qədər, heç kəs məni çağırmamış, heç bir sorğu alınmamış və hətta mənə ittiham səbəbini bildirməmişdir, bununla da həbs haqqında qanunu pozmuşlar. Aktiv sorğu 25 dekabr müstəntiq vətəndaş Səfərəliyev tərəfindən başlandı. Səfərəliyev məni daim təhqir edir, güllələmə ilə, həyat yoldaşımın həbsi, uşaqlarımı uşaq koloniyasına göndərməklə və əmlakımın müsadirəsi ilə hədələyirdi. 1938-ci ilin ikinci yarısından mənim işim digər müstəntiqə, vətəndaş Malyana keçdi. Malyan repressiyanı daha da gücləndirmişdi və 7 mart 1938-ci il ayağımın xəstə olduğunu bildirməyimə baxmayaraq, səhər saat 10-11 radələrində ayaq üstə durmağa məcbur etdi.
Bu proses eyni təhqir və təhdidlərlə müşayiət olunurdu. Mən davamlı şəkildə ayaq üstə yuxusuz vəziyyətdə 74 saat dayanmalı və dərhal yoldaş Malyanın və bölmə rəisi yoldaş Mustafayevin tələblərini yerinə yetirməli və ifadə verməli idim. Bir həftə sonra mənim 74 saat ayaq üstə durmağımla əlaqədar olaraq xəstə ayağımda ağrılar başladı və yenidən şiş əmələ gəldi və mən 10-12 gün kamerada yatdım.
Beləliklə, 10 mart tarixində mənim işim bağlandı, lakin vətəndaş Malyan 25 və 29 martda məni çağıraraq işimin bitməyini bildirdi və əlavə etdi ki, 2 aprel məni protokol yazmağa çağıracaq və 7-8 aprel mənim məhkəməm baş tutacaq.
Sonuncu dəfə məni 25 iyuldan 26-na keçən gecə çağırdılar və müstəntiq 10-15 dəqiqə ərzində mənim işimi bağlayaraq bildirdi ki, məhkəməm 12 avqustdan gec olmayacaq. Bu müddəti (14 ay 13 günü) mən həbsdə keçirirəm.
Yuxarıda sadaladığım hallarda mənim müstəntiqlərim yoldaş Səfərəliyev və Malyan tərəfindən qanun pozuntularını, keçmiş partiya üzvünə və yaşlı müəllimə, sovet ölkəsi üçün on minlərlə gənc sovet mütəxəssisi yetişdirən və əksinqilabi fəaliyyətdə günahlandırılan pedaqoqa verdikləri əziyyətləri nəzərə alaraq, Böyük Lider, sizdən xahiş edirəm ki, bu məsələyə aidiyyəti insanların baxmasını və günahkar şəxslərin məsuliyyətə cəlb olunmasını, mənim işimin isə Ali Məhkəməyə verilməsini tapşırasınız. Ümid edirəm ki, mən məhkəmədə öz günahsızlığımı və əksinqilabi təşkilatlara aid olmadığımı sübut edə biləcəm. Mən həmişə partiyanın ana ideyalarına sadiq qalmışam.
Musayev Hüseyn. 27 yanvar 1939.
Qənaətimcə, Hüseyn Musayevin bu müraciəti o dövrün acı reallığını, saxta ittihamlarla həbs olunan yüzlərlə Azərbaycan ziyalısının qaranlıq taleindən xəbər verir. Əslində bu məktub ədalətsizcəsinə mühakimə olunan insanların harayı olmaqla yanaşı, repressiyanın mənzərəsini çılpaqlığı ilə göstərə bilib.
Professor Cəlal Qasımov yazır: “Musayev Hüseyn Məmməd oğlunun istintaq qovluğu çox az, hətta barmaqla sayılan qovluqlardandır ki, istintaqın saxtalaşdırıldığı barədə məlumatı günümüzə qədər gətirib çıxara bilmişdir. Bolşevik çekistlər belə səhvlərə yol vermir, bütün saxtakarlıqlarını böyük peşəkarlıqla ört-basdır edə bilirdilər. Bu istintaq qovluğundan təkcə cinayət işlərindəki saxtalaşdırmanı deyil, həm də onun metodologiyasını öyrənmək olur. Heç kəsə sirr deyildir ki, bəzi yazarlarımız repressiyaya məruz qalan və qalmayan ziyalılarımızın fəaliyyətlərinə qiymət verərkən onları daha çox mühakimə etməyə üstünlük verirlər. Hesab edirik ki, bu qovluqdakılar yalnız Musayev Hüseyn Məmməd oğlunu deyil, 1920—1950-ci illərdə repressiyaya məruz qalanları və qalmayanları dərk etmək üçün ən ciddi və ən səmimi bir mənbə olacaqdır”.
Mən bilmirəm belə yazılar Z nəsli (indi belə adlanır) və yaxud cəmiyyətin digər kateqoriyaları üçün nə dərəcədə maraqlıdır. Amma tarix keçmiş olsa da, həm də dünənə, bu günə və sabaha baxmaq üçün bir güzgüdür.
Əkrəm Bəydəmirli
Baxış sayı: 280
Şəfa verən əllər – Kamil Bəkirov
Bu gün, 13:30
Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar?
Bu gün, 13:30
Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir
Bu gün, 10:30
Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır
Bu gün, 10:30
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Bu gün, 09:00
“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub
Bu gün, 09:00
Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq
Bu gün, 08:30
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb
Dünən, 21:00
Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub
Dünən, 18:30
Anar Bayramov səhiyyə naziri təyin edilib
Dünən, 18:30
Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir
Dünən, 17:00
“Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans
Dünən, 15:30
Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Dünən, 09:30
ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib
Dünən, 08:30
Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib
Dünən, 08:30
"Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür"
Dünən, 08:00
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib
18-10-2026, 09:00
“44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir
18-10-2026, 08:30
Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq
18-10-2026, 08:00
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar
17-10-2026, 15:00
Füzuli Şəhəri Günündə həsr olunan tədbir
17-10-2026, 14:00
Azərbaycan beynəlxalq forumda təmsil olunub
17-10-2026, 13:30
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub
16-10-2026, 18:30
Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib
16-10-2026, 17:30
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
16-10-2026, 17:30
Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib
16-10-2026, 12:00
Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır
16-10-2026, 10:30
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
16-10-2026, 10:00
Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib
16-10-2026, 10:00
Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb
16-10-2026, 09:30
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
