Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarının övladlığa götürdüyü uşaqların həyat şəraiti ilə bağlı 1183, əcnəbilərin övladlığa götürdüyü azərbaycanlı uşaqların həyat şəraitinin öyrənilməsi üçün 26, himayədar ailələrə verilmiş uşaqların ailədəki sosial-psixoloji vəziyyətinin yoxlanılması məqsədilə 516 monitorinq aparılıb və hər hansı neqativ hal aşkar edilməyib.
Fact-info.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 8-də keçirilən birgə iclasının gündəliyinə daxil edilmiş İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında yer alıb.
Qeyd edilib ki, 21 sosial xidmət müəssisəsi vasitəsilə həssas əhali qruplarından olan 3 mindən çox şəxsə xidmət göstərilib, əlilliyi olan 2 mindən çox şəxsə birdəfəlik maddi yardım verilib, həssas təbəqədən olan ailələrə 400 mənzil təqdim olunub. Sosial sifarişlər çərçivəsində uşaqlar üçün 30 günərzi qayğı mərkəzi yaradılıb, “Təhsildə sosial iş” layihəsi çərçivəsində 1140 ümumi təhsil müəssisəsində ilkin və təkrar monitorinqlər aparılıb. Uşaqlar arasında risk faktorlarının aşkarlanması məqsədilə onlardan 1392 nəfəri böhran vəziyyətinin qiymətləndirilməsinə cəlb edilib.
Baxış sayı: 30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
