FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Strateji tərəfdaşlığa uyğun inkişaf
7-05-2026, 15:30 | TƏDQİQATLAR-ANALITIKA
Strateji tərəfdaşlığa uyğun inkişaf

Prezident cənab İlham Əliyevin apardığı uğurlu, uzaqgörən xarici siyasətin nəticəsidir ki, bir çox Avropa dövlətləri Azərbaycanla sıx siyasi iqtisadi əlaqələr yaratmağa böyük maraq göstərirlər. Təsadüfi deyil ki, Azərbaycanla strateji tərəfdaş olan Avropa ölkələri dövlətimizin etibarlı tərəfdaş ölkə olduğunu vurğulayırlar. Bu baxımdan İtaliya Avropada Azərbaycanla sıx siyasi-iqtisadi əlaqələri yüksək səviyyədə olan ölkədir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri mövcud əlaqələrimizin yüksək səviyyədə olduğunu və münasibətlərin daha da dərinləşdiriləcəyinə əminlik yaradır.

Prezident cənab İlham Əliyev və Baş nazir Meloni mətbuata bəyanatla çıxışları zamanı bir daha iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlığa uyğun inkişaf etməsindən və bu münasibətlərin daha da dərinləşdirilməsi üçün  möhkəm zəmin olduğunu vurğuladılar. Ölkəmizin xarici siyasət kursunda Avropa İttifaqına üzv olan İtaliya ilə münasibətlər mühüm yer tutur. Təsadüfi deyil ki, 2014-cü ildə Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2020-ci ildə strateji tərəfdaşlığın gücləndirilməsinə dair sənəd imzalanmışdır. İki dövlət arasında münasibətlərin əsasını təşkil edən bu sənədlərdə qeyd olunan məsələlər reallıqda da öz əksini tapır. Azərbaycan Cənubi Qafqazda İtaliyanın bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Bu gün Azərbaycan dünyanın 16 dövlətinə təbii qaz ixrac edir. 2025-ci ildə Azərbaycandan xarici dövlətlərə 25 milyard kubmetr təbii qaz ixrac edilib ki, bunun təxminən 10 milyard kubmetrə yaxını İtaliyaya nəql edib.

Azərbaycanla İtaliya arasında siyasi əlaqələr də yüksək səviyyədədir. İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərində İtaliya şirkətləri yaxından iştirak edir. Belə ki, bu ölkənin şirkətləri tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 23 layihə həyata keçirilib və bu işlər bu gün də davam etdirilir. Hazırda Azərbaycanda çox sayda İtaliya şirkətləri və birgə müəssisələr uğurla fəaliyyətlərini davam etdirirlər. Humanitar və təhsil sahəsində də ölkələrimiz arasında qarşılıqlı əlaqələr inkişaf etdirilir. Ötən il Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması təhsilimizin inkişafına öz töhfəsini verəcək.

İtaliya Baş nazirinin budəfəki səfərində Azərbaycanla İtaliya arasında iqtisadi, enerji məsələləri ilə yanaşı, müdafiə sənayesi və təhlükəsizlik sahəsində də əməkdaşlığın qurulması ön plana çəkildi. Bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, hər iki dövlətin maraqlarına uyğun olması barədə liderlərin maraqlı olduqları xüsusi vurğulandı. İtaliya-Azərbaycan əlaqələri bundan sonra da strateji tərəfdaşlıq səviyyəsinə uyğun olaraq daha da güclənəcək.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor




Baxış sayı: 105
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30