Türkiyənin İzmir şəhərinin Ege Universitetində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Beynəlxalq Turan Film Festivalı çərçivəsində “Azərbaycan kino günləri”nin rəsmi açılış mərasimi keçirilib.
Fact-info.az xəbər verir ki, açılış mərasimindən öncə Beynəlxalq Turan Film Festivalının münsiflər heyətinin müəyyənləşdiyi və Azərbaycan tərəfdən də ARKA direktorunun köməkçisi, “Azərbaycanfilm” Kinostudiyasının direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadənin bu quruma üzv seçildiyi qeyd edilib.
Sonra Türkiyənin Turan Film Festivalının baş koordinatoru, Ege Universitetinin prorektoru, professor Mehmet Ersan mərasimi açaraq bu nüfuzlu festivalda “Azərbaycan kino günləri”nin keçirilməsinin qardaş Azərbaycanda yeni çəkilmiş filmlərin Türkiyədə və bütün Türk dünyasında tanıdılması məqsədilə təşkil olunduğunu bildirib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Azərbaycan kino günləri”nin mədəniyyətimizin təbliği, ölkəmizin tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktor köməkçisi, “Azərbaycanfilm” Kinostudiyasının direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadə “Azərbaycan Kino günləri” və bu tədbirin ilk günündə nümayiş olunacaq “Nargin: Sona qədər sirli” filmi barədə məlumatları təfsilatı ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Qarazadə onu da bildirib ki, “Azərbaycan Kino günləri” layihəsi çərçivəsində nümayiş olunacaq yeni Azərbaycan filmləri milli kino məktəbinin müasir inkişafı, kino istehsalına yaradıcı yanaşmalar və bədii-estetik axtarışlar baxımından dəyərli nümunələrdir.
Açılış mərasimi “Nargin: Sona qədər sirli” filminin nümayişi ilə davam etdirilib.
Baxış sayı: 70
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
