Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb.
Tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirənlərə Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı tövsiyə edib, gələcək xidmətlərində uğurlar arzulayıblar.
Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişləri xidmətdə daha da təkmilləşdirəcəklərinə, qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə və Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.
Sonda hərbi qulluqçulara sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.
Baxış sayı: 140
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
