Mayın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclası, eləcə də proqram üzərində çalışan işçi qrupun növbəti toplantısı keçirilib.
Fact-info.az xəbər verir ki, iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli çıxışında dövlət proqramının əhəmiyyətindən və qarşıda duran hədəflərdən danışıb. Nazir bildirib ki, iqtisadiyyat və təhsil sahələrinin qarşılıqlı əlaqəsi çərçivəsində təhsilin əsas istiqamətləri üzrə dövlət proqramlarının effektiv tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaradıcılığın inkişafı, yaradıcı məhsulların təşviqi və bu sahədə mövcud problemlərin aradan qaldırılması əsas prioritetlərdəndir.
Baxış sayı: 120
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
