FACT-INFO.AZ » SİYASƏT » Hulusi Kılıç: Avropa Parlamentinin Azərbaycanın işlərinə müdaxilə cəhdləri iflasa məhkumdur
5-05-2026, 18:00 | SİYASƏT
Hulusi Kılıç: Avropa Parlamentinin Azərbaycanın işlərinə müdaxilə cəhdləri iflasa məhkumdur

Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli qətnamələrinin heç bir əsası yoxdur. Bu, müstəqil və suveren dövlətin daxili işlərinə müdaxiləyə yönəlmiş “ikili standartlar” siyasətinin növbəti təzahürüdür.

Fact-info.az xəbər verir ki, bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA - Sosial İnkişafa Dəstək” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç səsləndirib.

Onun sözlərinə görə, heç kim Avropa Parlamentinə subyektiv və təhrif olunmuş qiymətləndirmələr vermək səlahiyyəti verməyib. “AP-nin qərarları açıq-aşkar anti-Azərbaycan dairələr, o cümlədən ermənipərəst lobbi tərəfindən maliyyələşdirilib və iflasa məhkumdur”, – deyə İMZA birliyinin nümayəndəsi bildirib.

H.Kılıç Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması barədə qərarını vaxtında atılmış addım kimi qiymətləndirib. “Azərbaycan hansısa təzyiqlər altında yönləndirilən dövlət deyil. Bu müdrik liderə, güclü orduya və iqtisadiyyata malik, vətəndaşları hakimiyyət ətrafında sıx birləşmiş güclü ölkədir”, – deyə o vurğulayıb.

Türkiyənin sabiq səfiri Azərbaycanı regional güc amili kimi səciyyələndirib: “Bütün beynəlxalq aktorlar 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq səhifələrini xatırlayaraq bunu dərk etməlidir”.

Bununla bağlı H.Kılıç belə bir sual ünvanlayıb: “Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə tarixi ədalətin təmin olunması naminə Avropa Parlamenti hansı qərarları qəbul edib?”. “Avropa Parlamentinin qətnamələrinin mətnləri bütövlükdə sistemli yalandan ibarətdir. Bu, məqsədlərindən biri Cənubi Qafqazda sülh prosesini və dialoqu sarsıtmaq olan “ikili standartlar” siyasətinin bariz təzahürüdür”, – deyə o ifadə edib.

Sabiq səfir AP-nin divarları daxilində daha əvvəl qəbul olunmuş Türkiyə əleyhinə çoxlu sayda qətnamələri də xatırladıb. “Belə sənədlərin heç bir çəkisi və əhəmiyyəti yoxdur. Bu qurumun tarixi qaranlıq səhifələrlə doludur. Avropa Parlamenti faktiki olaraq regionda sülhə qarşı olan qüvvələrin tərəfində çıxış edir”, – deyə sabiq səfir bildirib. Əlavə edib ki, İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması sülhə qarşı olan qüvvələrə son zərbə olacaq, onları xalqlar arasında düşmənçilikdən faydalanmaq imkanından birdəfəlik məhrum edəcək.

“Tamamilə aydındır ki, adi Ermənistan vətəndaşlarının problemlərinə biganə olan erməni diasporunun fəaliyyəti ilk növbədə elə erməni xalqının özünə zərər vurur. Bu, AP-dəki ermənipərəst siyasətçilərə də aiddir. Əminəm ki, Cənubi Qafqazda sülhə qarşı olan qüvvələrin cəhdlərinə baxmayaraq, münasibətlər normallaşacaq”, – deyə o fikrini yekunlaşdırıb.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30