FACT-INFO.AZ » MEDİA » “Qloballaşan rəqəmsal mühitdə Azərbaycan dilinin qorunması” mövzusunda seminar keçirilib
5-05-2026, 11:00 | MEDİA
“Qloballaşan rəqəmsal mühitdə Azərbaycan dilinin qorunması” mövzusunda seminar keçirilib

Azərbaycan Dillər Universitetində İngilis və fransız dilləri fakültəsinin təşəbbüsü, İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Qloballaşan rəqəmsal mühitdə Azərbaycan dilinin qorunması” mövzusunda seminar keçirilib.

Bu barədə universitetdən məlumat verilib. Tədbir Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycan dilinin qorunması, inkişafı və təbliği istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq təşkil olunub.

Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, müasir dövrdə rəqəmsallaşma dilimizin inkişafı üçün yeni imkanlar yaratsa da, onun qorunması və düzgün istifadəsi məsələsini daha da aktuallaşdırır. Bu baxımdan, bugünkü tədbir dil mədəniyyəti və gənclərin dil davranışı kimi vacib mövzuların müzakirəsi üçün əhəmiyyətli platformadır. Bu tədbirin Azərbaycan dilinə böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində keçirilməsi Ulu Öndərin ana dilimizin dövlət dili kimi möhkəmlənməsi və qorunması istiqamətindəki tarixi xidmətlərinə dərin ehtiramın ifadəsidir.

Tədbirdə xüsusi qonaq qismində iştirak edən tanınmış media nümayəndəsi, Əməkdar jurnalist, Real TV-nin baş direktoru Mirşahin Ağayev çıxış edərək Azərbaycan dilinin qorunması məsələsinə geniş və çoxşaxəli yanaşma sərgiləyib. O, çıxışında xüsusilə vurğulayıb ki, rəqəmsal informasiya mühitində dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin əsas göstəricilərindən biridir. Dilin saflığının qorunması yalnız normativ qaydaların tətbiqi ilə deyil, həm də ictimai şüurun formalaşdırılması ilə mümkündür.

Mirşahin Ağayevin fikrincə, kütləvi informasiya vasitələri və sosial şəbəkələr dilin həm inkişafına təkan verir, həm də onun deformasiyasına səbəb ola biləcək amilləri gücləndirir. O, dilin yad təsirlərdən qorunması, xüsusilə leksik səviyyədə əsassız alınmaların qarşısının alınması, düzgün tələffüz və yazı normalarının qorunması istiqamətində ardıcıl maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, dil canlı orqanizm kimi inkişaf edir, lakin bu inkişafın nəzarətsiz şəkildə baş verməsi onun struktur bütövlüyünə xələl gətirə bilər. Azərbaycan dilinin qorunması yalnız filoloqların deyil, bütövlükdə cəmiyyətin hər bir üzvünün vətəndaşlıq məsuliyyətidir.

Akademik Kamal Abdulla Mirşahin Ağayevə dərin məzmunlu çıxışına görə təşəkkürünü bildirib. Qeyd edilib ki, bu çıxış dilin qorunması ilə bağlı bir sıra incə və həssas məqamlara toxunmaqla iştirakçılar üçün mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir.

Daha sonra Mirşahin Ağayev tədbir iştirakçılarının suallarını cavablandırıb. Diskussiya zamanı irəli sürülən fikirlər göstərib ki, rəqəmsal qloballaşma dövründə dilin saflığının qorunması yalnız nəzəri müzakirələrlə deyil, həm də praktiki addımlar və ictimai məsuliyyətlə təmin olunmalıdır. Bu baxımdan, elmi-mədəni platformalar milli dil siyasətinin inkişafında və gələcək nəsillərin dilə münasibətinin formalaşmasında mühüm rol oynayır.




Baxış sayı: 90
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30