FACT-INFO.AZ » CƏMİYYƏT » ŞUŞA – YARALI YADDAŞDAN ZƏFƏR SALNAMƏSİNƏ
5-05-2026, 10:00 | CƏMİYYƏT
ŞUŞA – YARALI YADDAŞDAN ZƏFƏR SALNAMƏSİNƏ

Mənim üçün Şuşa sadəcə bir şəhər deyildi. O nəfəs aldığım hava, addım atdığım torpaq, gəncliyimin səsi idi. 90-cı ilin o ağır günlərinə qədər biz Şuşanı yalnız gözəlliyi ilə tanıyırdıq. Amma müharibə gələndə hər şey dəyişdi.

 8 may yaxınlaşdıqca şəhərin üzərinə çökmüş qaranlıq daha da sıxlaşırdı. Bizim silahımız az, düşmən isə ən güclü silahlarla silahlanmışdı. Amma bizim torpağa olan sevgimiz vardı. Biz geri çəkilməyi düşünmürdük. Son günə qədər Şuşada qaldım. Bu torpağı tərk etmək fikri belə ürəyimi parçalayırdı.

Yadımdadır… Bəzən iki nəfər bir avtomat darağını bölüşürdük. Hər güllənin qiyməti canımız qədər dəyərli və əziz idi. Silah yoldaşlarımla birlikdə hər qarışı qorumağa çalışırdıq. Şuşa dağlarının hər daşında bizim izimiz, hər qayasında bizim nəfəsimiz qalmışdı. Yorğunluq vardı, aclıq vardı, amma qorxu yox idi. 


O günlərdə insan daha çox anlayır – torpaq nədir, Vətən nədir. Şuşa bizim üçün sadəcə bir məkan deyildi, o, namus idi, qeyrət idi. Biz  fikirləşirdik  ki, bəlkə də geri dönə bilməyəcəyik, amma son ana qədər mübarizə aparmalıydıq.

 Və o gün gəldi… 8 may. Şuşa işğal olundu. Şəhər susdu, amma bizim içimizdə bir səs qaldı – qayıdacağıq! Mən o günü heç vaxt unutmadım. Çünki o gün təkcə torpaq yox, bir parça ürəyimiz də işğal olundu.

 İllər keçdi. Amma Şuşanın həsrəti heç vaxt keçmədi. Hər dəfə o dağları, o küçələri xatırlayanda içimdə bir ümid yaşayırdı – bir gün mütləq qayıdacağıq.

Və nəhayət, o gün gəldi…

8 noyabr 2020-ci il. Bu tarix təkcə bir qələbə deyil, bir xalqın dirçəlişi idi. Şuşa azad olundu! O möhtəşəm xəbəri bizə çatdıran Ali Baş Komandan cənab İlham Əliyev idi. Onun gözlərindəki sevinc parıltısı, səsindəki qürur və qətiyyət sanki bir sözlə ifadə olunurdu – “Dəmir yumruq!” Bu ifadə artıq təkcə bir şüar deyil, xalqın birliyinin, gücünün və sarsılmaz iradəsinin rəmzinə çevrilmişdi. 

Onun səsi ilə səslənən bu xəbər, əslində, bütün xalqın ürəyindən gələn bir nida idi. Sanki illərlə susan Şuşa həmin an danışdı – “Mən qayıtdım!”

O anı izləyərkən göz yaşlarımı saxlaya bilmədim. Bu, təkcə sevinc deyildi. Bu, 28 illik həsrətin sonu, şəhidlərimizin ruhunun rahatlıq tapdığı an idi.

Şuşa yenidən bizim oldu. İndi isə yeni bir dövr – quruculuq və dirçəliş dövrü başladı. 


Cənab Prezidentin rəhbərliyi ilə Şuşada və ümumilikdə azad olunmuş torpaqlarda genişmiqyaslı işlər həyata keçirilir. Qısa müddətdə mühüm infrastruktur layihələri icra olundu. “Zəfər yolu” salındı – elə bir yol ki, yalnız fiziki deyil, mənəvi qələbənin də simvoluna çevrildi.

Tarixi abidələr bərpa edilir, məscidlər yenidən ucaldılır, Şuşanın mədəni ruhu dirçəldilir. Vaxtilə dağıdılmış şəhərdə indi beynəlxalq tədbirlər keçirilir, musiqi festivalları təşkil olunur, həyat yenidən canlanır.

Yeni yaşayış binaları tikilir, müasir infrastruktur qurulur. Şuşa artıq keçmişin yaralı şəhəri deyil – o, gələcəyin inkişaf edən, dirçələn mədəniyyət paytaxtıdır.

Mən bilirəm ki, o torpağın hər qarışında mənim də izim var. Silah yoldaşlarımın xatirəsi var. Biz o torpağı qorumaq üçün döyüşdük, bu gün isə dövlətimiz onu daha da ucaldır.

Şuşa artıq təkcə bir şəhər deyil…

O qürurdur.

O zəfərdir.

O “Dəmir yumruq” iradəsinin təcəssümüdür.

Və mən fəxr edirəm ki, o torpağın müdafiəsində bir izim qalıb.

Çünki Şuşa – bizimdir!

Həmişə bizim olacaq!

    Hörmətlə,
Azərbaycan Bayragı Ordeni və Vətən ugurunda medalı ilə təltif olunan, ehtiyatda olan polis polkovniki Mübariz Quliyev






Baxış sayı: 1 245
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30