FACT-INFO.AZ » İQTİSADİYYAT » Əczaçılıq sahəsində istehsal artacaq
5-05-2026, 08:30 | İQTİSADİYYAT
Əczaçılıq sahəsində istehsal artacaq

Əczaçılıq sahəsi ölkəmiz üçün strateji əhəmiyyət daşıyır.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

O, qeyd edib ki, son illərdə dərman bazarında orta illik artım təxminən 2,7 faiz olub. Dövlət dəstəyi nəticəsində ölkədə 15,7 milyon manatlıq dərman məhsulları istehsal edilir. Bu, istehsalın artdığını göstərsə də, ümumi istehlakla müqayisədə hələ də kiçik rəqəmdir.

Hazırda dərman idxalının ümumi həcmi təxminən 500 milyon dollar təşkil edir. Yerli istehsal isə bu məbləğin çox kiçik hissəsini əhatə edir. Qarşıya qoyulan əsas məqsəd istehlakın böyük hissəsini yerli istehsal hesabına təmin etməkdir”.

S.Bəşirli vurğulayıb ki, bu, təkcə iqtisadi məsələ deyil, eyni zamanda strateji hədəfdir. 2016-cı ildə yaradılan Pirallahı Sənaye Parkında həyata keçirilən layihələrin ümumi dəyəri artıq 150 milyon dollara çatır. Eyni zamanda, parkda və ətraf ərazilərdə yerləşən müəssisələr üzrə layihələrin dəyəri 300 milyon dollar təşkil edir. Bu göstəricilər onu deməyə əsas verir ki, artıq bu ildən başlayaraq əczaçılıq sahəsində istehsal tempi dəfələrlə artacaq. Dövlətin strateji təşəbbüsləri, yeni layihələr və investisiyalar nəticəsində yerli istehsal genişlənəcək və ölkənin dərman təminatında onun payı tədricən yüksələcək. Önümüzdəki illərdə özünütəminat səviyyəsinin hansı dərəcəyə çatması ilə bağlı müzakirələr edəcəyik. Qeyd etmək istərdim ki, əczaçılıq sənayesinə bağlı iqtisadi dəyərin formalaşması son dövrlərdə artıq real mərhələyə qədəm qoyub. 2006-cı ildə xarici əczaçılıq şirkətlərinin ölkəmizə cəlb edilməsi istiqamətində addımlar atılarkən onların bu sahəyə o qədər də maraq göstərmədiyini müşahidə edirdik.





Baxış sayı: 60
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30