FACT-INFO.AZ » SİYASƏT » Dünya mediası Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışından yazır
5-05-2026, 09:30 | SİYASƏT
Dünya mediası Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışından yazır

Dünyanın bir sıra aparıcı media qurumları mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını geniş işıqlandırıb.

Xəbərlərdə Prezidentin çıxışı həm Azərbaycan-Ermənistan sülh prosesində praktik əməkdaşlığın formalaşması, həm də Avropa institutları ilə siyasi gərginliklər fonunda davam edən diplomatik qarşıdurma kimi iki paralel xətt üzrə təqdim olunur.

İtaliyanın “Agenzia Nova” informasiya agentliyindəki xəbər əsasən Prezident İlham Əliyevin çıxışı üzərindən Azərbaycan-Ermənistan münasibətlərində faktiki sülh mühitinin formalaşdığını vurğulayır, bunu iqtisadi və nəqliyyat əməkdaşlığı ilə əsaslandırır. Məqalədə, həmçinin Avropa institutlarının, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə ikili standartlar tətbiq etməsi Prezident İlham Əliyevin əsas tənqid xətti kimi təqdim olunur. Xəbərdə Azərbaycanın öz mövqeyini daha sərt və prinsipial şəkildə beynəlxalq auditoriyaya çatdırdığı vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyev Avropa Parlamentinin və AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamələri “təhqir və yalanlarla dolu” adlandıraraq onları açıq şəkildə tənqid edib. O, həmçinin vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə fərqli yanaşmaların sərgilənməsi qəbuledilməz hesab olunur.

İsveçrənin “Swissinfo” portalında dərc olunan məqalə də Azərbaycan Prezidentinin çıxışını ön plana çıxararaq onun Avropa institutlarını qərəzli münasibətdə ittiham etdiyini və bunu Azərbaycanın ərazi bütövlüyünə münasibətdə fərqli yanaşmalarla əlaqələndirdiyini bildirir. Məqalədə, eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyişlərin, xüsusilə iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın baş verdiyi vurğulanır. “Swissinfo”nun yanaşmasında diqqət çəkən məqam odur ki, həm tənqidi ritorika, həm də sülh prosesindəki müsbət dinamika paralel şəkildə təqdim olunur və bu, regionda vəziyyətin hələ də mürəkkəb, çoxşaxəli olduğunu göstərir. Ümumilikdə material Prezident İlham Əliyevin mövqeyini çatdırmaqla yanaşı, prosesin həm siyasi gərginlik, həm də əməkdaşlıq elementlərini eyni vaxtda ehtiva etdiyini göstərir. Qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistanla sülh prosesinin davam etdirilməsinə sadiqliyini bir daha təsdiqləyib və iki tərəf arasında dialoqun vacibliyini vurğulayıb.

Argentinanın “Infobae” saytında yayımlanan məqalə də əsas diqqəti Prezident İlham Əliyevin çıxışına yönəldərək onun Avropa institutlarını ikili standartlarda ittiham etdiyini ön plana çıxarır. Yazıda qeyd olunur ki, Prezident Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişlərin olduğunu vurğulayır və bunu konkret iqtisadi və nəqliyyat addımları ilə əsaslandırır. Məqalə, həmçinin Azərbaycan Prezidentinin Avropa Parlamenti və digər qurumların qəbul etdiyi qətnamələri kəskin tənqid etdiyini və bu yanaşmanı ədalətsiz hesab etdiyini oxucuya çatdırır. Ümumilikdə yazıda həm sülh prosesində müsbət dinamika, həm də siyasi ritorikadakı gərginlik paralel şəkildə göstərilərək regiondakı vəziyyətin hələ də mürəkkəb olduğu vurğulanır.

Rusiyanın “Kommersant” nəşrində “Əliyev Avropa Parlamentini Ermənistanla sülh prosesini sabotaj etməkdə günahlandırdı” sərlövhəsi ilə dərc olunan məqalə Azərbaycan Prezidentinin çıxışını daha çox siyasi kontekstdə təqdim edərək onun həm sülh prosesi ilə bağlı nikbin mesajlar verdiyini, həm də Qərb institutlarını kəskin tənqid etdiyini vurğulayır. Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti ölkəsi ilə Ermənistan arasında faktiki olaraq sabitlik yarandığını və iqtisadi əlaqələrin artıq başladığını bildirir. Eyni zamanda, Avropa strukturlarına yönələn “ikili standartlar” ittihamı və qəbul edilən qətnamələrə qarşı sərt ritorika xüsusi olaraq qabardılır. Nəşr bu çıxışı həm regional sülh prosesində irəliləyişin göstəricisi, həm də Qərblə münasibətlərdə artan siyasi gərginliyin əlaməti kimi təqdim edir.




Baxış sayı: 80
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30