FACT-INFO.AZ » SİYASƏT » Davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans
2-05-2026, 15:30 | SİYASƏT
Davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans

Mayın 2-də Qərbi Azərbaycan İcmasının təşəbbüsü və təşkilatçılığı ilə “Davamlı sülh və qaçqınların qayıdış hüququ: beynəlxalq hüququn rolu” mövzusunda beynəlxalq onlayn-hibrid konfrans keçirilib. Tədbirdə müxtəlif ölkələrdən siyasətçilər, hüquqşünaslar, akademiklər və beynəlxalq ekspertlər iştirak ediblər.

Bu barədə Fact-info.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib. Konfransın açılış mərasimində moderator qismində çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı davamlı sülhün təmin olunmasında beynəlxalq hüququn rolunu vurğulayıb. Ardınca hüquqşünas, Bakı Dövlət Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov mövzunun hüquqi aspektlərini geniş şəkildə təhlil edib. Daha sonra deputat, Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev qaçqınların qayıdış hüququnun beynəlxalq müstəvidə aktuallığını diqqətə çatdırıb.

Konfrans çərçivəsində keçirilən I panel “Davamlı sülh və qaçqınların geri qayıdış hüququ: beynəlxalq hüququn rolu” mövzusuna həsr olunub. Panelə Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev moderatorluq edib. Paneldə ATƏT Parlament Assambleyasının Prezidenti (2017-2020), Gürcüstan Parlamentinin üzvü George Tsereteli, Avropa Parlamentinin üzvü, Xarici İşlər Komitəsinin və İnsan Hüquqları üzrə Altkomitənin üzvü, ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitəsinin sabiq sədri Naço Sançes Amor, Madrid Universitetinin professoru, Pan-Avropa İspaniyası – Beynəlxalq Pan-Avropa Birliyinin Baş katibi Karlos Uriarte Sançez və Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev əsas məruzələrlə çıxış ediblər.

II panel “Kollektiv qayıdış və beynəlxalq hüquqda normativ boşluq” mövzusuna həsr edilib. Panelin moderatoru Şimali Karolina-Qrinsboro Universitetinin Sülh və Münaqişə Tədqiqatları Departamentinin həmsədri professor Əli Kaan Əsgər olub. Paneldə Giresun Universitetinin professoru, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yalçın Sarıkaya, ABŞ-nin Tennessi Texnologiya Universitetinin professoru Maykl Qanter, “Eurasiaticanews”un təsisçisi və direktoru, Milanda İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Karlo Marino, tanınmış jurnalist və geopolitika üzrə şərhçi, “Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili” kitabının müəllifi Malik Əyyub Sumbal çıxış ediblər.

III panel “Gender ədaləti və davamlı sülh: qadınların geri qayıdış hüququ” mövzusunu əhatə edib. Panelə Türkiyə Böyük Millət Məclisinin üzvü, AŞPA-dakı Türkiyə nümayəndə heyətinin üzvü Zeynep Yıldız moderatorluq edib. Paneldə ABŞ-nin Alabama ştatının Montqomeri şəhərindəki Auburn Universitetində Siyasi elmlər və beynəlxalq siyasət üzrə kafedra müdiri, professor, istefada olan general Hayat Alvi, Avstriya Vyana Dövlət Universitetinin Hüquq fakültəsi nəzdində Əmək və Avropa Hüququ İnstitutunun dosenti Yeganə Məsimova, BMT-nin qlobal proqramlar üzrə mentoru, publisist Elif Selçuk çıxış ediblər.

Beynəlxalq konfransın yekununda Rizvan Nəbiyev tədbirin nəticələrini ümumiləşdirib, səsləndirilən fikirlərin və təkliflərin gələcək fəaliyyət baxımından əhəmiyyətini vurğulayıb.

Konfrans çərçivəsində davamlı sülhün təmin olunması, qaçqınların qayıdış hüququnun beynəlxalq hüquq normaları çərçivəsində qorunması, bu sahədə mövcud çağırışlar və normativ boşluqlar, eləcə də gender aspektləri geniş müzakirə olunub. BMT-nin “Sülh şəraitində birgə yaşayış” beynəlxalq gün ərəfəsində təşkil olunan konfrans beynəlxalq əməkdaşlığın gücləndirilməsi və mövzu üzrə fikir mübadiləsinin aparılması baxımından mühüm platforma kimi qiymətləndirilib.




Baxış sayı: 155
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30