FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan-Ermənistan sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyası həyata keçirilir
2-05-2026, 12:00 | SİYASƏT
Azərbaycan-Ermənistan sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyası həyata keçirilir

"Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası (Komissiya) öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər zamanı son günlər Azərbaycanı, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının həyata keçirildiyi müşahidə edilib".

Fact-info.az xəbər verir ki, bu, Ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının açıqlamasında əksini tapıb.

Qeyd edilib ki, araşdırmalar zamanı kampaniyanın hədəfli və vahid tezis ətrafında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları, müəyyən nüfuz və vəzifə sahibi olan xarici ölkə vətəndaşları, habelə media orqanları tərəfindən aparıldığı müəyyən olunub:

"Erməni lobbi təşkilatları bu dəfə qarayaxma kampaniyasını fərqli taktika seçərək bir neçə məsələ, o cümlədən qondarma “soyqırımı”, “hərbi əsirlər” və Xankəndi şəhərindəki tikililər ətrafında ajiotaj yaratmaqla aparıblar. Eyni zamanda, məsələ əlaqələndirlimiş kampaniya kimi görünməsin deyə iştirakçılara qapalı kanallar, elektron poçt və şifrələnmiş mesajlaşma platformaları vasitəsilə tezislərin verildiyi barədə faktlar aşkar edilib.

Kampaniyada ABŞ, Avropa və Rusiyada mənzillənən erməni lobbi təşkilatları xüsusi aktivlikləri ilə seçiliblər.
“X” (keçmiş “Twitter“) sosial media platformasındakı kampaniyanın son bir həftəlik təhlili göstərib ki, dezinformasiya kampaniyasında 130 fərqli hesab vasitəsilə 220-dən çox paylaşım edilib, ümumilikdə bir milyona yaxın qarşılıqlı əlaqə (reaksiya) qeydə alınıb. Paylaşımlar daha çox erməni əsilli blogerlərin, erməni xəbər saytlarının, həmçinin ermənipərəst xarici bloger və fəalların hesablarından edilib.

Bundan əlavə, aşağıda adları çəkilən xarici ölkələrdə yerləşən, lakin o qədər də nüfuzlu olmayan bir sıra onlayn mətbu orqanlarında da oxşar tezislər əsasında yazılar gedib:

ABŞ, Birləşmiş Krallıq, Belçika, Polşa, İtaliya, Meksika, İspaniya, Gürcüstan, İsrail, Vatikan, Yunanıstan, Hindistan, Rusiya, Ermənistan və s.

Komissiyanın müəyyən etdiyi faktlar bir daha göstərir ki, şəxsi məqsədlərini hər şeydən üstün tutan və vaxtilə münaqişədən yüksək dividentlər əldə edən bu dairələr bütün vasitələrdən, o cümlədən xarici ölkə parlamentlərindəki əlaltılarının, bir sıra şəhər merlərinin, hazırda və keçmişdə müəyyən vəzifə tutan şəxslərin xidmətlərindən istifadə etməklə Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar".




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30