FACT-INFO.AZ » QHT » Şəhid Səbuhi Əhmədovun xatirəsi yad edildi
1-05-2026, 20:30 | QHT
Şəhid Səbuhi Əhmədovun xatirəsi yad edildi
Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə apardığımız haqq-ədalət mübarizəsində iştirak edən, Kəlbəcər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan Vətən övladlarının arasında Səbuhi Fuad oğlu Əhmədovun da adı hörmətlə qeyd olunur. Səbuhi 1996-cı il dekabrın 21-də Sumqayıt şəhərində doğulub. Uşaq yaşlarında ikən valideynlərini itirdiyinə görə kiçik qardaşı Sənanla birlikdə Bakı Sos Uşaq kəndində böyüyüb və orta təhsilini də burda alıb.
Azərbaycan İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecini bitirib. 2020-ci ilin əvvəllərində Azərbaycan Ordusu sıralarına daxil olub və gizir rütbəsində xidmətə başlayıb. Həmin ilin sentyabr ayında başlanan II Vətən savaşında iştirak edib. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni silahlı birləşmələrinə qarşı aparılan mübarizə zamanı şəhid olub. Bakıda, Hərbi Memorial Məzarlıqda dəfn olunub. Subay idi.
Aprelin 30-da Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi və "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin birgə təşkilatçılığı ilə Şəhid Səbuhi Əhmədovun xatirəsinə həsr olunan tədbir keçirildi. Tədbiri "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəq.lik sükutla yad edildi. Ş.Sabiroğlu şəhid Səbuhi Əhmədovun ömür yolu barədə qısa məlumat verdi.
Daha sonra videoçarx nümayiş olundu. Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Ceyhun Məmmədovun köməkçisi Maqsud Əhmədzadə, "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin sədri Aynur İsayeva, Qida Sənayesi Kollecinin direktor müavini Aytən Ağayeva, ictimai xadim Salman Əliyev, yazıçı - publisist Mətanət İmamquliyeva, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Qadınlar Şurası sədrinin müavini Aynurə Rüstəmova, AMEA Tarix İnstitutunun elmi işçisi, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin İdarə Heyətinin üzvü Arzu Musayeva, Azərbaycan İncəsənət Məktəbinin direktoru Gülnar Əzimova, "Azərbaycan bayrağı" ordenli şəhid Feyruz Cəlilovun bacısı Ədilə Mustafayeva, Səbuhi bəyə dərs demiş Ülviyyə Eldarova, şəhid soydaşımızın uşaqlıq dostu Günel Hüseynova, döyüşçü dostu Ceyhun Hacıyev, yazıçı-publisist Mövsümağa Ədalətoğlu, Siyəzən rayonundakı təhsil ocaqlarından birində tarix fənnini tədris edən İlahə Absalamova və başqaları şəhid Səbuhi Əhmədovun Vətən yolunda çəkdiyi əzab-əziyyətdən danışdılar.
Şairə Lətifə Rəşid Səbuhi bəyə həsr etdiyi şeiri söylədi. 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Milli vətənpərvərlik ruhunda yazılan bəzi mahnıların ifaçısı və bəstəkar Arif Səlimov tədbir iştirakçıları qarşısında maraqlı musiqi proqramı ilə çıxış etdi.
Tələbəlik dostu Pərvanə Babayeva çıxış edərək anım mərasimini təşkil edən insanlara öz adından təşəkkür etdi.
Daha sonra söhbət çay süfrəsi arxasında davam etdirildi.
Mövsümağa Ədalət oğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Mətbuat Xidmətinin rəhbəri
Baxış sayı: 325
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Bu gün, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
Bu gün, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Bu gün, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bu gün, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
Bu gün, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
Bu gün, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
Bu gün, 12:30
Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
Bu gün, 12:00
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Bu gün, 12:00
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
Bu gün, 09:30
“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub
Dünən, 18:30
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Dünən, 18:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb
Dünən, 17:00
В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа»
Dünən, 16:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Dünən, 16:30
Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb
Dünən, 13:00
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
Dünən, 11:00
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Dünən, 10:30
Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib
Dünən, 10:30
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Dünən, 10:00
Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir
4-11-2026, 20:30
Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub
4-11-2026, 20:00
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
4-11-2026, 16:30
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
4-11-2026, 16:00
Ürək sağlamlığı diqqət mərkəzində
4-11-2026, 15:00
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi”
4-11-2026, 14:30
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub
4-11-2026, 09:30
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib
4-11-2026, 09:30
ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb
4-11-2026, 09:30
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu
4-11-2026, 09:00
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

