"Ermənistan və Azərbaycan arasında sülh prosesi mərhələli şəkildə irəliləyir və bu, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradır".
Fact-info.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə deyib.
Hikmət Hacıyev bildirib ki, tərəflər arasında iqtisadi-ticarət əlaqələri, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi istiqamətlər üzrə müzakirələr davam edir.
Prezidentin köməkçisi qeyd edib ki, artıq praktiki addımlar müşahidə olunur. O cümlədən tranzit imkanlarının genişlənməsi və bəzi malların daşınması ilə bağlı yeni mexanizmlərin formalaşması bu prosesin tərkib hissəsidir.
O vurğulayıb ki, sülh prosesi çətin və məsuliyyətli mərhələdir, tərəflərin siyasi iradəsi regionda uzunmüddətli sabitlik üçün əsas baza yaradır.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
