Türkiyənin İzmir və Antalya şəhərlərində müasir Azərbaycan rəssamlarının sərgiləri açılacaq. Fact-info.az xəbər verir ki, sərgi Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycan Dövlət Rəssamıq Akademiyası, İzmir Azərbaycan və Antalya Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəklərinin dəstəyi ilə təşkil olunacaq.
“Rənglərin zərafəti: Sənətin zəfəri” adlı rəsm sərgisində azərbaycanlı qadın rəssamların, habelə Türkiyədə fəaliyyət göstərən tanınmış rəssamlarımızın əsərləri sərgilənəcək.
İzmir Adnan Sayğun Sənət Mərkəzində aprelin 28-də başlayan və mayın16-dək davam edəcək sərgidə nümayiş etdirilən əsərlər əsasən Azərbaycan mədəniyyəti, Bakı, İzmir, təbiət, Qarabağ, qadın gözəlliyi, sevgi və s. mövzuları əhatə edir.
Sözügedən sərginin Antalyada nümayişi isə mayın 22-də Akdeniz Universitetinin sərgi salonunda nəzərdə tutulub.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
