Süni intellektdən istifadənin genişlənməsi ali təhsil müəssisələrində yeni nəzarət mexanizmlərinin tətbiqini zəruri edib.
Fact-info.az xəbər verir ki, artıq universitetlərdə, o cümlədən UNEC-də elmi məqalələrin tam şəkildə süni intellekt vasitəsilə hazırlanmasının qarşısını almaq üçün müxtəlif alətlərdən istifadə olunur.
Bu çərçivədə UNEC-də “Turnitin” və “iThenticate” kimi plagiat yoxlama sistemləri ilə yanaşı, mətnlərin süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını müəyyən etməyə çalışan “AI report” texnologiyaları tətbiq edilir. Bu sistemlər akademik işləri geniş məlumat bazaları ilə müqayisə edərək həm plagiatı, həm də AI ehtimalını müəyyənləşdirməyə çalışır.
Azərbaycanda digər ali təhsil müəssisələri də bu istiqamətdə addımlar atır. Məsələn, Bakı Ali Neft Məktəbi (BHOS) tələbə və tədqiqat işlərində plagiatın qarşısının alınması üçün oxşar sistemlərdən istifadə edir. Azərbaycan Texniki Universitetində isə müəllim və tələbələr üçün plagiat və AI əsaslı mətnlərin müəyyən edilməsi üzrə təlimlər təşkil olunur. Mingəçevir Dövlət Universitetində akademik dürüstlüyün qorunması məqsədilə bu alətlər üzrə beynəlxalq proqramlar həyata keçirilir.
Mütəxəssislər bildirirlər ki, mövcud AI detektorları hələ də tam dəqiqliklə işləmədiyi üçün yeni problemlər yaranır. Bəzi hallarda tədqiqatçının özü tərəfindən yazılmış mətnlər belə səhvən süni intellekt məhsulu kimi qiymətləndirilə bilər.
Ekspertlərin fikrincə, bu cür yanlış nəticələr akademik qiymətləndirmə prosesində etik və texniki çətinliklər yaradır və gələcəkdə daha etibarlı sistemlərin hazırlanmasını zəruri edir.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
