Qarabağ Dirçəliş Fondu (QDF) mayın 2-3-də İçərişəhərdə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi tərəfdaşı qismində çıxış edəcək.
Fact-info.az-a bu barədə QDF-dən məlumat verilib.
Bildirilib ki, Fond festival günlərində İçərişəhərin dördbucaqlı Qala meydanında qurulacaq interaktiv guşə ilə təmsil olunacaq. İanə mədəniyyətinin təşviqi və milli həmrəyliyin gücləndirilməsi məqsədilə guşə ərazisində müxtəlif interaktiv fəaliyyətlər nəzərdə tutulub.
Guşədə qurulacaq xalça dəzgahı Qarabağ xalçaçılıq irsinin canlı nümunəsi olacaq. Ziyarətçilər xalçaya rəmzi ilmə vuraraq onun toxunmasında iştirak edəcək, bu isə Qarabağın dirçəlişində milli birlik və həmrəyliyin simvolu olacaq.
Azərbaycan Rəssamlıq Akademiyası tələbələri Qarabağ xalçalarının motivləri əsasında canlı rəsmlər təqdim edəcək, ziyarətçilər isə işğaldan azad edilmiş ərazilərdə yaşıllıqların bərpasına töhfə vermək imkanı qazanacaqlar.
Buradakı informativ materiallar və monitorlar vasitəsilə Fondun fəaliyyəti, regionda görülən işlərin cari vəziyyəti və gələcək layihələr barədə ətraflı məlumat əldə etmək mümkün olacaq.
Qeyd edək ki, Beynəlxalq Xalça Festivalı milli irsin tanıdılması üçün mühüm platformadır. QDF isə bu tədbiri Qarabağ həqiqətlərinin çatdırılması, ianə mədəniyyətinin təşviqi və milli həmrəyliyin gücləndirilməsi üçün vacib imkan kimi qiymətləndirir.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
