Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023– 2027-ci illər üçün Strategiyası”nda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə kadr hazırlığının və ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Müdafiə Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun kibertəhlükəsizlik üzrə mütəxəssisləri üçün "İdarəetmə, risklərin idarə olunması və uyğunluq (GRC - Governance, Risk, Compliance)" üzrə təlim kursu keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin "CyberCollab" layihəsi çərçivəsində təşkil edilən kursun əsas məqsədi iştirakçıların kibertəhlükəsizlik sahəsində idarəetmə, risklərin idarə olunması və uyğunluq istiqamətləri üzrə bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübələrə uyğun yanaşmaların tətbiqinə dəstək verməkdir.
Təlim proqramı müddətində iştirakçılara GRC istiqamətinin əsas prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları, normativ tələblərə uyğunluğun təmin edilməsi, eləcə də təşkilati səviyyədə kiberrisklərin effektiv idarə olunması mexanizmləri barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda keçirilən təlim kursu zamanı nəzəri biliklərlə yanaşı, real iş mühitinə uyğun ssenarilər əsasında iştirakçıların peşəkar bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
