FACT-INFO.AZ » CƏMİYYƏT » Günay Süleymanlı: Məqsədimiz terapevt olaraq pasiyentləri yarana biləcək xəstəliklərdən qorumaqdır
30-04-2026, 07:30 | CƏMİYYƏT
Günay Süleymanlı: Məqsədimiz terapevt olaraq pasiyentləri yarana biləcək xəstəliklərdən qorumaqdır

Təbabətdə baş verən dəyişiklər, səhiyyənin mövcud vəziyyəti, tibbi təfəkkürün formalaşması və digər məqamlar insanları hər zaman düşündürür.
Fact-info.az-ın suallarını Universal hospitalın həkimi, terapevt Günay Süleymanlı cavablandırır:

 Son illər təbabət sahəsi xeyli inkişaf edib. Amma bütün bunlara baxmayaraq, xəstəliklər də artıb. Səbəblərini nədə görürsünüz?

-Həqiqətən də tibb sahəsində çox mühüm yeniliklər davam edir. Dünyada təbabətin belə inkişafına baxmayaraq, xəstəliklərin artım sürətini görürürük. Bunun da səbəblərindən biri insan ömrünün uzanmasıdır. Vaxtılə insanın orta yaşı 50-55 idisə, hazırda 60-65 yaş götürülür.  İnsan yaşının artması həm də  xəstəliklərin artması riski ilə əlaqələndirilir.

-Əvvəlki nəsillərin, babalarımızın daha çox yaşadığı, uzunömürlu olduğu bildirilirdi.  Hazırda xəstəliklərin artmasını insan ömrünün uzanması ilə əlaqələndirmək nə dərəcədə realdır?

-Belə məlumatlar eşidirik. Amma bu, statistika deyil. Dünyada aparılan tədqiqatlara görə, insan ömrünün uzandığı təsdiqini tapır. Təbii ki, xəstəliklərin artmasına təsir göstərən digər səbəblər var. Təbiətin verdiyi nemətlərdən əlavə insan süni yolla qidalar yetişdirir, öz tələbatını ödəyir. Ətraf aləmdə çirklənmə gedir. Yeni texnologiyaların meydana gəlməsi nəticəsində insanların fiziki əməyindən az istifadə olunur. Bu da hərəkətsizliyə gətirib çıxarır. Həmçinin stress faktoru, düzgün olmayan qidalanma və digər səbəblər xəstəliklərin artmasına təsir göstərir. Təbii ki, vaxtılə insanlar, xüsusilə, kənd yerində yaşayanlar özləri əkib-becəriblər, təmiz qidalanma olub. Təmiz havada yaşayıblar. İndi şəhərlərin böyüməsi, ofis işi, az hərəkətlilik, süni yollarla hazırlanmış qidalar sağlamlığa mənfi təsir göstərir. İnsan qidalandığı qədər hərəkət etməlidir. Qeyd etdiyim kimi iş şəraiti, oturaq iş rejimi buna imkan vermir. Nəticə də insanların sağlamlığında problemlər artır.

-Müşahidələrimizə əsasən onu deyə bilərik ki, tibbi maarifçilik işi  yüksək səviyyədə deyil. Bunun  hansı səbəbləri var?

-Fikrimcə, xəstələr həkimə inanmalıdır. Əgər həkim bildirirsə ki, xəstə vaxtı, qripə yoluxan zaman təxminən bir həftə bayıra çıxma. Sən həmin xəstəliklə digər bir insanı yoluxdura bilərsən. İctimai nəqliyyatda təmasda olduğunuz xərçəng xəstəliyi olan həssas bir insanı və digər şəxsləri daha tez yoluxdura bilərəsən. O baxımdan həkimin tövsiyələrinə əməl olunmalıdır. Bəzən bizə şəkər xəstəsi müraciət edir. Terapevt olaraq çox bəsit şəkildə olsa da, tövsiyələrimizi bildiriririk. Xəstəliyin ağırlaşmaması üçün bu, insanın  nə etməli olduğunu biz onlara geniş izah edirik. Təbii ki, həkimi eşitmək və  məsuliyyətli davranış  gərəkdir. Məqsədimiz qoruyucu terapevt olaraq pasiyenti yarana biləcək xəstəliklərdən qorumaqdır.

-Tibbi sığortanın tətbiqi əhalinin səhiyyə problemlərinin qisməndə olsa aradan qaldırılmasına təkan verə bildimi?

-Tibbi sığortanın tətbiqinin ilkin mərhələsi idi. Qənaətimcə, bu sistem özünü doğruldur. Heç şübhəsiz ki, harada yaşamasında asılı olmayaraq, istənilən şəxs tibbi sığorta xidmətindən yararlana bilir. Xəstə müraciət edərək çox çətin, bahalı cərrahi əmiyyatları tibbi sığorta vasitəsilə etdirə bilir. Bütün bunlar müsbət tendensiyadır. Düşünürəm ki, gələcəkdə bu sistem daha da təkmillləşəcək. Dövlət xəstəxanasında çalışan həkimlər çox gərgin iş rejimində çalışır. Özəl klinikalara isə tibbi sığortadan yararlanan həmin xəstələrin yönəldilməsi ilə bağlı problemlər yaşanır. Bu məsələlər yəqinki zaman keçdikcə həllini tapar.

 -Tibbi, ekoloji təfəkkürü inkişaf etdirmək üçün  daha nələri etmək zəruridir?

-Mən 4 il Türkiyədə təhsil almışam. Deyərdim ki, 4 il ərzində paytaxtımız müsbət isytiqamətdə daha çox dəyişib. Təmizlik, yaşıllıq və digər istiqamətlərdə müsbət dəyişikliyi hiss edirsən. Hətta Bakıya gələn qonaqlar, yaxınlarımız  bunu təsdiqləyir. Düşünürəm ki, insanların tibbi təfəkkürünün də formalaşmasında zaman keçdikcə belə müsbət tendensiyalar baş verəcək. Ona görə, tibbi maarifçilik işi  daha da sürətlənməlidir. Tibbi, ekoloji təfəkkürü inkişaf etdirmək üçün həkimlərimizlə bərabər cəmiyyətin digər üzvləri də öz töhfələrini verməlidir.

Fact-info.az   



 

 

 




Baxış sayı: 975
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30