FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Totalitar sovet rejiminin sındıra bilmədiyi incəsənət xadimi
29-04-2026, 20:00 | TƏDQİQATLAR-ANALITIKA
Totalitar sovet rejiminin sındıra bilmədiyi incəsənət xadimi
Sovet rejimi qorxu, kabus içində hər kəsdən, hətta bir aktyordan da şübhələnirdi. Bir incəsənət adamı da sovet rejimi üçün təhlükəli görünürdü. Dünya səviyyəli bir aktyor öz sənəti ilə məşğul olmaq əvəzinə, görün, nələrin və kimlərin qurbanı olur.
Arxiv sənədlərinə nəzər salaq. 1937-ci il iyulun 22-də Azərbaycan Xalq Daxili İşlər Komissarının (XDİK) müavini Gerasimov, şöbə müdiri Sinmanın üstünə belə bir dərkənar yazır: “Yoldaş Sinman! Yadımdadır ki, Əli Kərimovun ifadələrində Şərifovun və Ülvinin adları çəkilir. Onlar təxirə salınmadan həbs edilməli və istintaqa cəlb olunmalıdırlar. 1937-ci il dekabrın 3-də Azərbaycan SSR XDİK DTİ-nin üçüncü bölməsinin rəis müavini, baş leytenant Borisov arayış tərtib edir: “Şərifov Abbas Mirzə Rəsul oğlu 1891-ci ildə anadan olub, azərbaycanlıdır. Azərbaycan Dövlət Dram Teatrının artistidir. Əldə olunmuş məlumatlara görə, o, bir xarici dövlətin xeyrinə casusluqda ifşa olunub. Qeyd edilənlərə əsasən, Şərifov A.M. həbs olunub Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir”.[ DTX istintaq qovluğu PR№16641]
Abbas Mirzə kim idi? O, 1891-ci ildə Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailədə anadan olmuşdur. Atası Mirzə Rəsul zəmanəsinin tanınmış ziyalısı olub. Seyid Əzim Şirvaninin “Üsuli-Cədid” məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.
1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır,onun bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.
İlk addımdan belə maneələrə rast gəlməsinə baxmayaraq, Abbas Mirzənin sonrakı sənət yolu işıqlı olur. Belə ki, o, teatr və kino sahəsində coşqun fəaliyyət göstərərək əvvəlcə aktyorluq, sonra isə rejissorluq sənətinin zirvəsinə çatır. On yaşında ikən gimnaziyaya daxil olur. Bu zaman o, daxili dünyasında səhnəyə marağı olduğunu hiss edir.
Beləliklə, qısa bir ömürdə çox böyük, çox zəngin sənət yolu keçən, təkrarsız obrazlar yaradan, monoloqları ilə teatr salonlarını lərzəyə gətirən Abbas Mirzə o dövrün yüzlərlə günahsız ziyalısı, sənətkarı, sadə vətəndaşı kimi repressiya qurbanı taleyi də yaşamalı olub. Kim nə istəyir yazır, nəyi istəyir “sübut edirdi”. Yalnız ümumi bir məqsəd var idi: amansız cəza vermək və günahsızı güllələmək.
Akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında yazır: “O zaman qarşısıalınmaz olan bu rejimə Abbas Mirzə də qurban gedir. 1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin əməkdaşı, leytenant Kovrijenko Şərifovun məsuliyyətə cəlb edilib həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbsə alırlar. Bakının Çadrovaya küçəsi, 115 ünvanda yerləşən evində axtarış aparılır və müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası olur”.[ Z. Bünyadov “Qırmızı terror” kitabı, Bakı, 1993]
Dekabrın 4-də həbs olunan Abbas Mirzədən nələr soruşmurlar? Xaricdə yaşayan qohumu, İran və Türkiyə konsulluqları, əksinqilabçılarla əlaqəsinin olub-olmadığı barədə sorğu-suala tuturlar. O, bütün suallara vicdanının səsi ilə düzgün və səmimi cavablar verir.
Akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında daha sonra yazır: “Abbas Mirzəyə Hüseyn Cavid, Cavad Axundzadə, Mikayıl Müşfiq, Seyid Hüseynlə əlaqələri barədə də suallar verirlər. Təbii ki, aldıqları cavablara inanmır, daha doğrusu, inanmaq istəmirlər. Səmimi deyilsiniz. Siz yaxşı artist olmağınızdan istifadə edərək Cavid, Cavad və Müşfiq kimi burjua antisovet yazıçılarını tərənnüm edib onların pantürkist xəttini həyata keçirirdiniz. Nə üçün siz konsertlərdə və radioda repertuarınıza Müşfiqin, Hüseyn Cavidin və Əhməd Cavadın əsərlərini salırdınız?―deyirlər. Abbas Mirzə bildirir ki, konsert proqramlarını İncəsənət Komitəsi təsdiq edir və icazə olmadan heç bir əsəri ifa etmək mümkün deyil”.[ Z. Bünyadov “Qırmızı terror” kitabı, Bakı, 1993]
Mən özüm arxivdə çalışan zaman Abbas Mirzə Şərifzadənin istintaq materialları ilə tanış olarkən bəzi məqamlar diqqətimi cəlb etdi. Bir incəsənət adamını, məşhur teatr xadimini məhv etmək, ondan istədikləri məlumatı almaq cəhdləri baş tutmur. O, bütün işgəncələrə, təzyiqlərə baxmayaraq, öz qürurunu qoruyaraq müstəntiqin suallarını cavablandırır.
Sual: ―Siz Azərbaycan SSRİ C.M. 68-ci maddəsi ilə məsuliyyətə cəlb olunmusunuz, özünüzü müqəssir hesab edirsinizmi?
Cavab:―Mən özümü yalnız Gəncədə İran konsulu vəqfinin yanına getməkdə müqəssir hesab edirəm.Başqa heç bir şey deyə bilmərəm.
Sual:―Musavatçılar Azərbaycana rəhbərlik etdiyi zaman siz onlara qoşulmuşdunuzmu?
Cavab:―Xeyr! Mən Musavat partiyasının üzvü olmamışam. Onların mövqeyi ilə şərik deyiləm. Mən, ümumiyyətlə, teatrdan başqa bir iş bilmirəm.
Gerçəkdən ömrünü teatra həsr edən bir insanı qondarma ittihamlarla həbs etmək, incitmək, işgəncələr vermək totalitar bir rejimin mahiyyətinin göstəricisi idi.
Müstəntiqlər də öz dediklərini söyləyirdilər. Yenə də soruşurdular ki, Ülvi Rəcəb, Hacıağa Abbasov, Mirzəağa Əliyev, Əhməd Cavad, Hüseyn Cavid Abbas Mirzəyə necə təsir göstəriblər? Əlbəttə ki, adıçəkilən insanlar ona heç bir təsir, təzyiq göstərməmişdilər. Abbas Mirzə istər həmin şəxslərlə, istərsə də haqqında sual verilən Ruhulla Axundov, Əli Kərimov, Hacıağa Abbasovla münasibətləri barədə düzgün və səmimi cavablar verirdi. Dindirmələr 1938-ci ilin yanvarında da davam etdirildi. Müsavatın əkskəşfiyyat idarəsi ilə münasibətdə ittiham olunurdu. Abbas Mirzə isə yenə də bu idarə ilə heç bir əlaqəsi olmadığını və idarənin heç bir məmurunu tanımadığını bildirirdi. Altı dəfə uzun sürən dindirilmələr, eyni suallara verilən eyni cavablar, təzyiqlər, işgəncələr davam edirdi.
Akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabına yenidən nəzər salaq: “ Bütün bu proseslər görkəmli sənət adamının həm də güclü iradəyə malik olduğunu təsdiqləyirdi. Lakin bu iradə və inad sənətkara çox baha başa gəldi. Abbas Mirzə Şərifzadənin işi gələcək istintaq üçün Azərbaycan SSR XDİK-nın 4-cü şöbəsinə göndərilir və fevralın 8-də onun işi haqqında daha bir qərar çıxarılır. Fevralın 16-da isə Abbas Mirzəyə yeni ittiham təqdim edilir. Bu dəfə onu əksinqilabi burjua-millətçi təşkilatının üzvü kimi məsuliyyətə cəlb edirlər. Aprel ayında onunla daha bir repressiya qurbanı―teatrın baş repertuar komissiyasının rəhbəri Mahmud Mahmudov arasında üzləşmə keçirirlər. Əslində, belə bir üzləşmə heç keçirilməyib, yalnız uydurulub. Əvvəla, üzləşmənin kim tərəfindən aparıldığı məlum deyildi. İkincisi, bu zaman Abbas Mirzə artıq güllələnməyə məhkum edilmişdi”.[ Z.Bünyadov “Qırmızı terror” kitabı, Bakı, 1993]
Jurnalist İradə Əliyeva Abbas Mirzənin ziddəyyətli ölüm tarixi və digər məqamlarla bağlı yazır: “1955-ci il sentyabrın 17-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası SSRİ baş prokurorunun etirazı üzrə casusluq fəaliyyətinə görə güllələnməyə məhkum edilmiş A.M.Şərifovun işi ilə tanış olur. Prokurorun etirazında göstərilir ki, Şərifovun ittihamı onun etiraflı ifadələri ilə şahidlər Ruhulla Axundovun, Həsən Ərşadinin, Mahmud Mahmudovun və Əli Həsən Abbas oğlunun ifadələrinə əsaslanır. Sənəddə göstərilir ki, ifadələr Şərifovdan fitnə yolu ilə alınıb və onun güllələnməsindən sonra işinə əlavə edilib. Şahid Ruhulla Axundov Abbas Mirzənin əleyhinə ifadələrini dəhşətli döyülmələrdən, işgəncələrdən sonra verib. Əli Həsən Abbas oğlu fitnəkar, yalançı şahid olub və istintaq tərəfindən cinayət işlərinin saxtalaşdırılması üçün ondan istifadə edilib. Şahid Həsən Ərşadi Şərifovun əleyhinə verdiyi ifadələrdən imtina edib və göstərib ki, o, çoxlu günahsız adamlara böhtan atıb. 1955-ci il oktyabrın 15-də sənətkarın qızı, tanınmış aktrisa Firəngiz Şərifova Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir. Bir müddət bundan əvvəl SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv etmiş və iş xətm olunmuşdur. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirmişdilər. 1957-ci ilin oktyabr ayında “hüququ özünə qaytarılmış” Şərifzadənin vaxtilə müsadirə edilmiş mülkünün qiyməti ―720 manat son qəpiyinədək (böyük “ədalət”lə) uşaqlarına qaytarılır. Ömrünün və sənətinin çiçəklənən dövründə ―44 yaşında qətlə yetirilən Şərifzadə kim bilir səhnəmiz üçün, Azərbaycan teatrı və kinosu üçün hələ nələr edərdi?”.[ İ. ƏLİYEVA, Azərbaycan,- 2016.- 30 oktyabr,- s. 4 ]
Bütün təqiblərə, ədalətsizliyə baxmayaraq, Abbas Mirzənin qısa ömründə etdikləri, onun Azərbaycan mədəniyyəti tarixində bir ustad sənətkar kimi qalması üçün kifayətdir. Abbas Mirzə Şərifzadə kimi qüdrətli sənətkarın həyatına son qoymaq, yalnız düşmən qüvvələrin hədəfi ola bilərdi. Buna da nail olublar.
  
Mənbə
Əkrəm Bəydəmirlinin
"Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə" kitabı



Baxış sayı: 165
Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Bu gün, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Bu gün, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Bu gün, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Bu gün, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Bu gün, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır Dünən, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində Dünən, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub Dünən, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib 13-08-2026, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi 13-08-2026, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” 13-08-2026, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib 13-08-2026, 10:00 Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir 13-08-2026, 09:30 Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb 12-08-2026, 21:00 "Onun adındakı işıq"  12-08-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31