Niderland Azərbaycanın Ermənistanla sülh səylərini yüksək qiymətləndirir və dəstəkləyir. Düşünürəm ki, sülh əlaqəlilik, ticarət və rifah üçün yeni imkanlar açacaq.
Fact-info.az xəbər verir ki, bu sözləri Niderland Krallığının ölkəmizdəki səfiri Marian de Yonq jurnalistlərlə görüşdə deyib.
O qeyd edib ki, Azərbaycanın sabitliyin təşviqinə yönəlmiş konstruktiv səyləri, o cümlədən Yaxın Şərqdə qeyri-müəyyənlik dövründə nəqliyyat və ticarət marşrutlarının davamlılığını təmin etməsi geniş şəkildə tanınır.
“Hesab edirik ki, qlobal problemlərin həlli yalnız əməkdaşlıq yolu ilə mümkündür. İkitərəfli ticarətimiz bunu əks etdirir və ötən il təxminən yarım milyard avro səviyyəsinə yüksəlib. Bu tendensiyanı davam etdirərək, biz xüsusilə su və kənd təsərrüfatı sahələrində böyük imkanlar görürük”, - deyə səfir əlavə edib.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
