FACT-INFO.AZ » AKTUAL » Azərbaycan Avropada etibarlı enerji təchizatçısı kimi qəbul edilir
29-04-2026, 11:30 | AKTUAL
Azərbaycan Avropada etibarlı enerji təchizatçısı kimi qəbul edilir

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat bir daha göstərir ki, Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini davamlı şəkildə möhkəmləndirir". Fact-info.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Çexiya arasında formalaşmış fəal siyasi dialoq münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir. İlk görüşün məhsuldar keçməsi, həm ikitərəfli, həm regional, həm də qlobal məsələlər üzrə geniş fikir mübadiləsinin aparılması tərəflər arasında qarşılıqlı etimadın və strateji baxışların üst-üstə düşdüyünü təsdiqləyir.
İqtisadi əməkdaşlıq istiqamətində səsləndirilən fikirlər xüsusi əhəmiyyət kəsb edir. Ticarət dövriyyəsinin artıq 800 milyon dolları ötərək artım dinamikası nümayiş etdirməsi müsbət göstəricidir. Bununla yanaşı, ticarətin strukturunun daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsi ilə bağlı hədəflər gələcək əməkdaşlığın əsas prioritetlərindən biri kimi diqqət çəkir. Çexiyadan gəlmiş geniş iş adamları heyətinin iştirakı ilə keçirilən biznes-forum isə yeni iqtisadi tərəfdaşlıqların qurulmasına real zəmin yaradır.
Energetika sahəsində əməkdaşlıq Azərbaycan-Çexiya münasibətlərinin aparıcı istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol, ölkəmizin etibarlı enerji təchizatçısı kimi qəbul edilməsi bir daha təsdiqlənir. Azərbaycan qazının artıq 16 ölkəyə ixrac olunması, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin bu siyahıda üstünlük təşkil etməsi ölkəmizin enerji diplomatiyasının uğurlu nəticəsidir.
Bununla yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələr xüsusi önəm daşıyır. Çexiyanın bu sahədə zəngin təcrübəsi ilə Azərbaycanın artan istehsal potensialının birləşdirilməsi gələcəkdə birgə layihələrin həyata keçirilməsinə və müdafiə sənayesində yeni mərhələnin başlanmasına zəmin yaradır.
Eyni zamanda, hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı əldə olunan razılaşmalar münasibətlərin institusional əsaslarının daha da gücləndirilməsinə xidmət edəcək.
Hesab edirəm ki, Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir və qarşıda duran perspektivlər olduqca geniş və ümidvericidir. Azərbaycan bu kimi tərəfdaşlıqlar vasitəsilə həm regionda, həm də qlobal miqyasda öz mövqeyini daha da möhkəmləndirməkdə davam edir".




Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30