"Avropa İttifaqı Kiyevə silah tədarük etməklə Ukrayna münaqişəsinə getdikcə daha çox cəlb olunur. ABŞ-nin isə Kiyev rejimini dəstəkləməkdə fəallığı azalır. Avropa İttifaqı Kiyevi maliyyələşdirir və silah tədarük edir".
Fact-info.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov aprelin 28-də Bişkekdə ŞƏT ölkələrinin hərbi idarə rəhbərlərinin görüşündə bildirib.
Onun sözlərinə görə, aprelin 15-də media Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya hücum dronları və onların komponentlərini istehsal edən və təchiz edən Avropa şirkətlərinin siyahısını dərc edib.
"Bu cür hərəkətlər bütün Avropa qitəsində hərbi-siyasi vəziyyətin kəskin şəkildə pisləşməsinə və gözlənilməz nəticələrə səbəb ola bilər", - deyə Rusiya müdafiə naziri bildirib.
Baxış sayı: 105
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
