Aprelin 28-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə ənənəvi kitab sərgisinin təqdimatı keçirilib.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov yazıçının yaradıcılığı haqqında danışaraq onun əsərlərinin geniş oxucu auditoriyası qazandığını vurğulayıb. Qeyd edib ki, Seyran Səxavət gənclər tərəfindən də sevilən şeirlərin müəllifidir, eyni zamanda bədii publisistika və tərcümə sahəsində fəaliyyəti ilə ədəbiyyatımızda mühüm iz qoyub.
Tədbirin sonunda Seyran Səxavət öz şeirlərini səsləndirib.
Sərgidə müəllifin şeirləri, romanları, povestləri, hekayələri, pyesləri, tərcümələri, eləcə də həyat və yaradıcılığını əks etdirən Azərbaycan və rus dillərində nəşrlər və dövri mətbuat materialları nümayiş olunub.
Sonda iştirakçılar sərgi ilə tanış olublar.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
