FACT-INFO.AZ » SİYASƏT » Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Qərbi Balkanlar yeni geosiyasi reallıqlar
28-04-2026, 20:00 | SİYASƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Qərbi Balkanlar yeni geosiyasi reallıqlar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Friends of Western Balkans” İnstitutu ilə əməkdaşlıq çərçivəsində aprelin 27-28-də Sloveniyanın Lyublyana şəhərində 36-cı Ali Səviyyəli Toplantısını təşkil edib.

Mərkəzdən bildirilib ki, “Qərbi Balkanlar yeni təhlükəsizlik geosiyasətinin burulğanında” mövzusuna həsr edilən tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi elçilər, siyasətçilər və nüfuzlu ekspertlər iştirak ediblər.

Toplantıda Sloveniyanın Prezidenti Nataşa Pirts Musar da iştirak edərək Qərbi Balkanlarda mövcud vəziyyət və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Tədbirin açılış mərasimində Sloveniyanın sabiq Prezidenti, “Friends of Western Balkans” İnstitutunun təsisçisi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Borut Pahor, eləcə də Mərkəzin digər üzvləri – Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç və Serbiyanın sabiq Prezidenti Boris Tadiç çıxış edərək Qərbi Balkanlar üçün siyasi sabitlik, təhlükəsizlik və Avropa perspektivinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə, həmçinin Avstriya, Fransa, İtaliya, Böyük Britaniya və Almaniyanın Qərbi Balkanlar üzrə nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Albaniya parlamentinin spikeri də toplantıya qatılıb.

Toplantı çərçivəsində keçirilən sessiyalarda yeni təhlükəsizlik geosiyasətinin Avropa İttifaqının gələcəyinə və genişlənmə prosesinə təsiri, region ölkələrinin siyasi, iqtisadi və təhlükəsizlik vəziyyəti geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, NATO və Avropa İttifaqının genişlənməsinin regionun sabitliyi üçün rolu, eləcə də ABŞ, Rusiya, Çin və Türkiyə kimi xarici aktorların Qərbi Balkanlardakı təsiri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir çərçivəsində ilk dəfə olaraq Qərbi Balkan ölkələrinin hər biri üzrə ayrıca müzakirələr təşkil olunaraq onların Avropa İttifaqına üzvlük prosesində əldə etdikləri irəliləyişlər və mövcud çətinliklər daha dərindən təhlil edilib.

Tədbir çərçivəsində Mərkəzin Baş katibi Sloveniya Respublikasının Prezidenti, Albaniya parlamentinin spikeri, Slovakiya Prezidentinin xarici məsələlər üzrə müşaviri və Borut Pahor ilə ikitərəfli görüşlər keçirib.




Baxış sayı: 110
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30