FACT-INFO.AZ » AKTUAL » Beyin sağlamlığının əsas amilləri müəyyən edilib
28-04-2026, 18:30 | AKTUAL
Beyin sağlamlığının əsas amilləri müəyyən edilib

Kanadada aparılan genişmiqyaslı elmi araşdırma beyin sağlamlığının qorunmasında əsas amilləri müəyyən edib.

 Avstraliyanın “Science alert” saytı xəbər verir ki, Kanadadakı “York University”nin tədqiqatçıları tərəfindən həyata keçirilən araşdırma çərçivəsində təxminən 4,5 milyon insanı əhatə edən 70-ə yaxın müxtəlif elmi iş təhlil olunub. Mütəxəssislər 35 yaşdan etibarən toplanmış məlumatlar əsasında fiziki aktivlik, oturaq həyat tərzi və yuxu müddəti arasındakı əlaqəni araşdırıblar.

Tədqiqatın nəticələrinə görə, həyat tərzində edilən dəyişikliklər gələcəkdə yarana biləcək idrak zəifləməsinin qarşısını əhəmiyyətli dərəcədə ala bilər. Xüsusilə keyfiyyətli yuxunun demensiya riskinin azaldılmasında mühüm rol oynadığı müəyyən edilib.

Məlumatlar göstərib ki, gecə yuxusu 7 saatdan az olan şəxslərdə demensiya riski 18 faiz artır. Eyni zamanda, 8 saatdan artıq yuxu da beyin sağlamlığına mənfi təsir göstərir və bu halda risk 28 faizə qədər yüksəlir. Alimlər artıq uzunmüddətli yuxunun Altsheymer xəstəliyinin erkən əlamətlərindən biri ola biləcəyini istisna etmirlər.

Araşdırmada fiziki aktivlik də əsas amillərdən biri kimi qeyd olunub. Gündə 8 saatdan çox oturan və həftəlik fiziki aktivliyi 150 dəqiqədən az olan şəxslərdə demensiya riskinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilib. Bildirilib ki, müntəzəm idman beyində qan dövranını yaxşılaşdırır, sinir hüceyrələrinin təmizlənməsinə kömək edir və ürək-damar sağlamlığını qoruyaraq idrak funksiyalarını dəstəkləyir.

Mütəxəssislər vurğulayıblar ki, demensiyanın dəqiq müalicə üsulu hələ mövcud olmadığından profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır. Onların sözlərinə görə, dünyada demensiya hallarının təxminən yarısı qarşısı alına bilən amillərlə bağlıdır.

Araşdırma qrupu hesab edib ki, 35 yaşdan etibarən aktiv həyat tərzi sürmək, oturaq vaxtı məhdudlaşdırmaq və yuxu rejimini gündə 7-8 saat səviyyəsində saxlamaq beyin sağlamlığının qorunmasına və xəstəliyin yaranmasının gecikdirilməsinə mühüm töhfə verir.




Baxış sayı: 180
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30