Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək, QHT-lərlə bərabər digər hüquqi və fiziki şəxslərə də qrant ayrılacaq.
Fact-info.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mədəniyyət haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Baxış sayı: 140
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
