FACT-INFO.AZ » İQTİSADİYYAT » Hörmüz böhranı ayda 7 milyon tondan çox LNG-nin tədarükünün dayanmasına səbəb olub
28-04-2026, 11:00 | İQTİSADİYYAT
Hörmüz böhranı ayda 7 milyon tondan çox LNG-nin tədarükünün dayanmasına səbəb olub

Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazının bağlanması ayda 7 milyon tondan çox mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün dayanmasına səbəb olub və bu da regional qaz bazarlarında ciddi təchizat çatışmazlığı yaradıb.

Fact-info.az xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir.

Bildirilir ki, martda qlobal təbii qaz istehlakı azalıb. Asiyada tələbatın zəifləməsi LNG təchizatında fasilələr və qiymətlərin artması digər enerji mənbələrinə, xüsusən də kömür və bərpaolunan enerji mənbələrinə keçidə səbəb olub. Hesabat ayında Avropa İttifaqının orta qaz saxlama səviyyəsi bir il əvvəlki 37 milyard kubmetrlə müqayisədə tutumun 29 faizini təşkil edən 30 milyard kubmetrə düşüb. ABŞ-də aylıq orta saxlama səviyyəsi isə bir il əvvəlki 49 milyard kubmetrlə müqayisədə 53 milyard kubmetr və ya tutumun 39 faizini təşkil edib. Yaxın Şərqdəki münaqişə qlobal tədarükün 20 faizinin keçdiyi Hörmüz boğazından LNG axınlarını pozub və nəticədə regional spot qiymətlər yüksəlib.

Vurğulanır ki, martda Avropa İttifaqının təbii qaz istehlakı illik müqayisədə 4,4 faiz azalıb. Avropada qaz qiymətləri aylıq müqayisədə 58 faiz, Şimal-Şərqi Asiyada isə 94 faiz artıb. Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq nisbəti 33 faiz, Avrasiyada 18 faiz, Şimali Amerikada 14 faiz, Asiyada 3 faiz nisbətindədir. Cari ildə qlobal təbii qaz istehlakı artımının 1,2 faizə çatacağı gözlənilir ki, bu da davamlı qaz tələbatını əks etdirir. İl ərzində qlobal qaz istehsalının artımı isə əsasən Yaxın Şərqdəki geosiyasi inkişaflar səbəbindən 1,2 faiz nəzərdə tutulur.




Baxış sayı: 105
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30