Finlandiyanın paytaxtı Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş ədəbi tədbir təşkil edilib. Fact-info.az xəbər verir ki, tədbir çərçivəsində şairin 50 şeiri və “Gülüstan” poeması Finlandiyada yaşayan yazıçı və tərcüməçi Tahirə Cəfərova tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Azərbaycan dilindən fin dilinə tərcümə edilib və Finlandiyanın Palladium Kirjat nəşriyyatında çap olunub.
Tədbirin təşkilatçısı və aparıcısı, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova çıxışında Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini vurğulayıb və bu cür layihələrin mədəniyyətlərarası dialoqu gücləndirdiyini qeyd edib.
Proqram çərçivəsində şairin şeirləri həm Azərbaycan, həm də fin dillərində səsləndirilib. Gecədə pianoda Leyli Hüseynova çıxış edib, Sevinc Rüstəmova, Sabina Mirzəyeva, Sura Ağaverdiyeva və Mona Safocifar tərəfindən şeirlər səsləndirilib.
Həmçinin Ülviyyə Cabbarova tərəfindən hazırlanmış, şairin həyatı və yaradıcılığına həsr olunmuş fin dilində video təqdim edilib.
Bu ədəbi gecə Azərbaycan ədəbiyyatının Finlandiyada tanıdılması istiqamətində mühüm addım olmaqla yanaşı, iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.
Tədbirdə Finlandiyanın tanınmış yazıçıları, Helsinki Universitetinin professorları, Azərbaycan diasporunun nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
