FACT-INFO.AZ » CƏMİYYƏT » Peşəsinin vurğunu – Şahid müəllim
26-04-2026, 21:00 | CƏMİYYƏT
Peşəsinin vurğunu – Şahid müəllim

Zaman-zaman müəllimlər haqqında müdrik sözlər, gözəl kəlamlar deyənlər çox olmuşdur. Platon deyirdi ki, müəllimlik hər şeydən əvvəl bir tarixi sənətdir.

Həqiqətən, müəllimlik ən şərəfli məsuliyyətli və müqəddəs peşədir. Bu peşəni seçənlər də öz əxlaqi keyfiyyətləri ilə həmişə həmin məsuliyyəti dərk edirlər.

Məhz bu peşəni öz savadı və təhsildəki uğurları ilə davam etdirən müəllimlərdən biri də  Qobustan rayonunun Bədəlli kənd Okean Seyidov adına tam orta ümumtəhsil məktəbinin direktoru Şahid Muradlıdır.

Şahid Muradlı Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini o vaxtkı Qafqaz Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakultəsində davam etdirib. Ali təhsilini əla qiymətlərlə başa vurduqdan sonra İsmayıllı rayonunun İstisu kənd tam orta ümumtəhsil məktəbində işə başlayıb. İlk günlərdən fəallığına görə şagird və müəllim kollektivinin dərin hörmətini qazanıb.

Şahid müəllim öz işi ilə yanaşı Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə yaxından iştirak edərək , ilk uğurlu addımlarını atır.

2018-ci və 2019-cu illərdə “İlin gənc müəllimi” müsabiqəsinin qalibi olur. 2021-ci ildə “Təhsildə inkişaf və innovasiya” üzrə V qrant müsabiqəsində qalib kimi yer tutur. 2022-ci ildə də bu müsabiqənin yenidən qalibi kimi tanınır. Kembric Universiteti tərəfindən təşkil olunmuş müsabiqədə də qaliblər sırasında olmuşdur. Bu uğurlarına görə o dəfələrlə Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə almışdır. Bir müddət Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini kimi də fəaliyyət göstərmişdir.

Şahid müəllim 2025-ci ildə Elm və Təhsil Nazirliyi, eləcə də ADA Universiteti tərəfindən təşkil olunmuş “ Bir gəncin manifesti”proqramında Azərbaycan komponentini uğurla başa vurduğundan Avropa mərhələsində iştirak etmək hüququ qazanmışdır. Avropa təhsil təcrübəsini öyrənmək üçün 2026-cı ilin aprel ayında Şahid müəllim qrup daxilində 6 gün Estoniyada, 5 gün isə Finlandiyada olmuşdur. Orada təhsilə müasir yanaşma metodları , müəllimə olan yüksək etimadın, tədris prosesində praktiki yanaşmanın və idarəetmə mexanizmləri ilə yaxından tanış olmuşdur.

Müəllim bildirdi ki, hər iki ölkənin təhsil müəssisələrinin bir neçəsində olduq və təcrübə mübadiləsi apardıq. Finlandiyada təhsilin daha güclü olması önə çəkildi. Onun vaxtında oxuduğu , Finlandiyadan bəhs olunan “Bəyaz zanbaqlar ölkəsi” əsəri bu ölkə ilə təəssüratını bir daha artırmışdır.

Şahid müəllim son olaraq qeyd etdi ki, bütün bunlar qazanılan təcrübənin Azərbaycan təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıyır.

Biz də öz növbəmizdə Şahid Muradlının qazandığı bu uğurları ürəkdən alqışlayırıq.

Məhəmməd Bayramov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





Baxış sayı: 470
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30