Aprelin 25-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirilib.
Tədbirdə qəhrəmanın ailə üzvləri, cəbhə yoldaşları, veteran tankçılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Veteran Tankçılar İctimai Birliyinin üzvləri, Dağ Yəhudilər İcmasının və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və digər iştirakçılar əvvəlcə Milli Qəhrəman Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.
Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış edərək bildirib ki, Aqarunovun anım mərasiminin təntənəli qeyd edilməsi Azərbaycan və yəhudi xalqı arasında minilliklər boyu mövcud olan dostluq münasibətlərinin bariz nümunəsidir. Bildirib ki, Azərbaycan dünyada dini müxtəlifliyin harmoniyasını özündə əks etdirən dövlətdir.
Daha sonra anım tədbiri Nərimanov rayonunda Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin qarşısında davam edib.
Baxış sayı: 190
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
