Аzərbаycаn rеаlist mааrifpərvər ədəbiyyаtının görkəmli nümаyəndəsi Sultan Məcid Qənizadənin 160 illik yubileyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.
MEK-dən Fact-info.az-a bildirilib ki, sərgidə ədibin müxtəlif qəzetlərdə müntəzəm çıxışları, bədii mətnləri, felyetonları, xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələri, rus ədiblərindən etdiyi tərcümələr, haqqında yazılan məqalələr nümayiş etdirilir.
Onların sırasında yazıçının “Məktubati – Şeyda bəy Şirvani”, “Allah xofu” (1906), “Qurban bayramı” (1907) əsərləri, onun Əli İskəndər Cabbarovla birlikdə yazdığı “Kəlili ədəbiyyat” (müntəxabat), “İstilahi Azərbaycan”, “Lüğəti rusi və Azərbaycan (müsəlman)”, “Axşam səbri xeyir olar”, “Müəllimlər iftixarı” hekayəsi, “Gəlinlər həmayli” romanı və digərləri var.
Azərbaycanın görkəmli maarif xadimi, müəllim, yazıçı, jurnalist və tərcüməçi, ölkədə realist ədəbiyyatın və milli pedaqoji sistemin formalaşmasında əvəzsiz rol oynayan şəxsiyyətlərdən biri - Sultan Məcid Qənizadə 160 il əvvəl, 1866-cı ilin aprelində Şamaxıda dünyaya gəlib. Böyük yazıçı və dramaturqun zəngin yaradıcılığının mühüm bir hissəni dilçilik görüşləri təşkil edir. S.M.Qənizadənin dilçiliyin problemlərinin həllinə hesablanmış `dilçilik görüşləri, pedaqoji fəaliyyəti, yaradıcılığı, yazdığı elmi-publisistik məqalələri bu istiqamətdə böyük töhfələr verib.
Sərgidə nümayiş olunan ədəbiyyatla kitabxananın saytındakı elektron kitabxana bölməsində onlayn şəkildə tanış olmaq mümkündür.
Baxış sayı: 140
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
