ABŞ ordusu Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək planlarını nəzərdən keçirir.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İslam Respublikasına məxsus mina yerləşdirən gəmilər və sürətli hücum qayıqları mümkün hədəflər sırasındadır. ABŞ ordusu, həmçinin Hörmüz boğazı, Oman körfəzi və Körfəzin cənub hissəsində əməliyyatlar aparmağı dəyərləndirir. CNN-in qeyd etdiyi kimi, hərbi əməliyyatların ilk ayında ABŞ əsasən boğazdan uzaq hədəflərə zərbələr endirsə də, yeni strategiya zərbələrin strateji əhəmiyyətli su yollarına yönəldilməsini nəzərdə tutur.
Telekanalın mənbələri əlavə edib ki, ABŞ ordusu İranı danışıqlar masasına gətirmək məqsədilə ikili təyinatlı obyektlərə və enerji infrastrukturuna zərbələr endirməyi də istisna etmir.
Digər mümkün ssenari isə ABŞ-nin danışıqlarda iştirakın əleyhinə olan İran hərbi komandirləri və rəsmilərinə qarşı hədəfli zərbələr endirməsidir.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
